Fatimə Məmmədova,
“Ədəbiyyat və İncəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Darıxmaq... Elə vaxt olur ki, bir insanı xatırlamaq üçün heç nəyə ehtiyac duymursan. Nə bir şəkilə, nə bir mahnıya, nə də hansısa xatirəyə. Sadəcə adı düşür yadına, istər-istəməz üzündə təbəssüm yaranır...
Sonra fikirləşirsən ki, kaş indi yanımda olaydı, kaş danışaydıq, kaş ona deməyə ürəyimdə saxladığım bu qədər söz qalmasaydı. Bəzən darıxdığını deməyə cəsarət etmirsən, bəzən də deyəcək adamın olsa belə, sözlər hisslərini ifadə etməyə çatmır. Elə insanlar var ki, yoxluqları ilə belə həyatımızın içində qalırlar. Nə qədər vaxt keçsə də, yerini heç kim doldura bilmir. Buna görə darıxmaq bir az da sevməkdir...
Bu gün gənc şair Toğrul Cəlilin qələmə aldığı “Darıxmışam” adlı şeiri təqdim edirik.
TOĞRUL CƏLİL,
“DARIXMIŞAM”
Sən qışımı yaz etmisən
Çətinimi az etmisən
Bəzən olub naz etmisən
Səninçün çox darıxmışam
Sevinc görən üzüm oldun
Çörəyim həm duzum oldun
Gecələr ulduzum oldun
Səninçün çox darıxmışam
Qara gündə ağım oldun
Həm solum həm sağım oldun
Arxamda kı dağım oldun
Səninçün çox darıxmışam
Sən istə buludla dolum
Sənsiz keçmir həyat yolum
Əff et məni qurban olum
Səninçün çox darıxmışam...
Bəs sizin də bircə dəfə görmək, səsini eşitmək üçün darıxdığınız biri varmı?
“Ədəbiyyat və incəsənət”
(15.10.2026)


