Aytən Ağasıyeva,
“Ədəbiyyat və incəsənət”
Həyatımızdakı insanlara ünvan vermək əvəzinə onların bizə nə qədər toxunduğuna baxsaydıq, görəsən hər şey necə görünərdi ?
Nələrsə dəyişərdimi?
Təxminən üç il öncə tasavvufla maraqlanmağa başladım. Çarəsizliyin nə demək olduğunu, çox yalnız hiss elədiyim vaxtlar idi. Sonra kuantum fizikası ilə tasavvufu qarşılaşdırırdım. Sonsuz ehtimalların var olduğunu düşündükcə bizim qəbul elədiyimiz həqiqətin sadəcə bir yanılgıdan ibarət olduğunu görürdüm.
Və görürdüm ki insan həqiqətdən nə qədər uzaqlaşırsa ona o qədər yaxınlaşır.
İnsan münasibətlərini də buna bənzədirəm. Özündən uzaqlaşdıqca özünə yaxınlaşırsan.
Bu yaxınlarda "uykucu" filmini izlədim. Orda deyirdi ki "İki insanın bir araya gəlməsi bəlkə də işığın yaraya daxil olduğu yerdir."
Filmdə Fərmanın anası intihar eləmişdi atası isə məhbus həyatı yaşayırdı. Həyatına daxil olan Saye isə çətin həyat yaşamış təcavüzə uğranmış həyatın həm görünən həm də görünməyən hissəsi olmuşdu.
Tasavvufla məşğul olan Fərman sonda özünü də məhv edərək bir çeteni devirir.
Mənsə Saye ilə Fərmanın bir birinə yaralarını açmağından danışacağam. Filmdə belə bir replik keçir:
-Anlatmak istedi ne yapayım?
-Sen de dinliyorsun ama. Dinlemek istersen her kes anlatır
Bəli dinləmək istərsən hər kəs anladar. Ama elə şeylər var ki hər kəsə anlatmaq olmur. Elə şeylər var ki onunla yaşamağı öyrənirsən.
Filmdə "Süveyda" - dan bəhs edilir. Yəni insanın qaranlıq tərəfindən.
"Nice şeytanlar vardır ki, meleklerin kovuşmasına vesile olurlar ve eğer isterlerse şeytanlar bile bir meleğe dönüşe bilir. Her şeyin aslı birdir çünkü"
Filmdə deyilirdi ki bəlkə də əsas məsələ "süveyda" ilə yaşamağı öyrənməkdir elə..
İçimizdəki süveyda ilə yaşamağı öyrənmədikcə, təslim olmadıqca özümüzü eyni xaosun içində tapırıq..
Bunu isə ən çox insan münasibətlərində görürük. Kimin həyatımıza nə səbəblə girdiyini, kimin bizi dəyişəcəyini, kimin sadəcə yanımızdan ötüb keçəcəyini əvvəlcədən bilmirik. Bəlkə bu münasibət on il davam edəcək bəlkə bir həftə. Hər birimiz vaxtında tamamlanacaq bir rol oynayırıq istər kiminsə həyatında istər öz həyatımızda.. Ama vaxtın uzunluğu həmişə həyatımıza təsirini, toxunma dərinliyini, göstərmir. Həmişə bizə ən yaxın olan insanlar bizi görə bilmirlər. Təsadüfən gözləmədiyimiz biri gəlir və içimizdə illərlə bağlı qalan qapını açır. Ya da biz təvafukları təsadüf sanırıq..
Həyatın ən gizli tərəfi də budur..Bəzən elə münasibətlər yaşayırıq ki heç bir çərçivəyə sığmır. Dostluq, yoldaşlıq ... Məsələ ümumiyyətlə heç adında deyil..
Əvvəllər düşünürdüm ki travmatik insanlar həyatına travmalı insanları çəkir. Ama sonra bu düşüncəni unutdum getdi. Bəlkə də insanlar öz içindəki qaranlıq tərəfləri görmək üçün ya da baxışlarını dəyişmək üçün tam da olduğu insana dönüşmək üçün nələrsə yaşayır və yaşamalıdır.
Filmdə də deyildiyi kimi bəzən nə qədər danışsan da eşidilmirsən. Bəzən də tək bir gül yarpağının səsi belə qulaqlarını kar etməyə bəs edir. Rəhman və rəhim olan qəlbimizi yumşaltmaq üçün birilərini həyatımıza qonaq edir. O gül yarpağının səsi (yəni Aşk) iki insanın bir birinə yaralarını göstərməsindən başqa heç bir şey deyildir.
“Ədəbiyyat və incəsənət”
(08.09.2026)


