Həyat Şəmi, İstanbul,
“Ədəbiyyat və incəsənət”
Bu şeiri mənə öz kəndimizdə məktəbimizdə ədəbiyyat dərsi demiş Əliağa müəllim yazıb. Çox ləyaqətli və sakit bir insandır. 65 dən yuxarı yaşı var. Onun bu şeirini dərc etdirib ona bir sürpriz edirəm.
Düşünürəm ki, insanları daim sevindirməyi bacarmalıyıq.
ƏLİAĞA ƏRŞADOĞLU
“ÖMRÜMÜ”
Əlimdən saldığım qızıl pul kimi,
Səmtin itirdiyim cığır, yol kimi,
Dadı damağımı kəsən bal kimi
Axtarıb gəzirəm itən ömrümü.
Düz üçün əyrini qırıb yaşadım,
Bir sevgi sarayı qurub yaşadım.
Büdrədim, yıxıldım. Durub yaşadım.
Qoymadım daşlasın yetən ömrümü.
Eşqimi gözümdə bir çıraq etdim.
Köksümü illərə mən varaq etdim
Keçmişə boylanıb hey soraq etdim,
Bir göz qırpımında ötən ömrümü.
Zaman ələk tutdu, min yol ələndim,
Sevincə büründüm, qəmə bələndim.
Hər dəfə gördükcə mən təzələndim
Neçə ürəklərdə bitən ömrümü.
“Ədəbiyyat və incəsənət”
(28.04.2026)


