Aynur İsmayılova,
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Mən hər gecə qaranlıq otaqda qələm itiləyirəm.
Kağızın boğazını kəsmək üçün.
Mən onu kəsməsəm, o məni boğur...
Baxıram, səhər yenə ağdır.
Məğlub olmur.
Mən onu öldürməsəm, o məni məhv edir.
İndi hər gecə ağlımdakı suallarla savaşıram:
Mən kiməm?
Niyə varam?
Bu kağız niyə var?
Hər gecə niyə eyni vaxtda masanın arxasında onunla savaşıram?
Cavab yoxdur.
Səhər açılır.
Mən yenə itiləyirəm.
“Ədəbiyyat və incəsənət”
(21.04.2026)


