Səssizliyin içində - ESSE Featured

Aynur İsmayılova,

Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Bəzən danışmadan yalnızca baxarsan. O baxışlar çox şey görər, çox şey söyləyər. Amma kimsə eşitməz, çünki insan dildə olana meyillidir...

 

Səssizliyin içində gizlənən həqiqətləri isə çox az insan görər. Bəzi sözlərin ruhu qulağa deyil, qəlbə toxunar və orada titrəyər.

Bəzən isə qarşındakı insanlara baxanda elə hiss edirsən ki, sanki onların düşüncələrini səssizcə anlayırsan. Aradakı bu görünməz əlaqə sanki telepatiya kimidir. Danışmadan fikirlərini hiss edə bilirsən. Səssiz anlaşmaq hər kəsə nəsib olmur. Bəziləri yalnız sözlərlə anlayar, bəziləri isə ən aydın baxışları belə görməz.

Və onda insan anlayar ki, ən dərin hisslər belə səssiz qalanda itir.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.