Heyran Zöhrabova,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Söz və düşüncələr bir az külək kimidir. Heç gözləmədiyin anda əsər, toxunar, xatırladar və keçər. Amma bəzən sadəcə əsib keçməz arxasında xarabalıqlar, bərpası mümkünsüz olan dağıntılar buraxar.
Söz və düşüncələr bir az zaman kimidir.
Zaman axıb keçər amma insan zaman-zaman bir anda, bir gündə, bir sözdə, bir düşüncədə ilişib qalar.
Söz və düşüncələr biz az çiskin, duman kimidir.
İnsan bəzən bir sözdə, bir düşüncədə eyni ilə dumanda azmışcasına azıb qalar və yolunu heç cür tapa bilməz.
Söz və düşüncələr bəzən bir növ atılan adddım kimidir. O addımlar bəzən insanı zirvəyə aparar, bəzən də uçurumun kənarına.
Düşüncələr bəzən xilasdır, bəzən məhv.
Bəzən şübhədir, bəzən aramlıq.
Bəzən günahdır, bəzən azadlıq.
Bəzən savaşdır bəzən əmin-ananlıq.
Bəzən həmrəylikdir, bəzən təzadlı.
Düşüncələr və sözlər bir az da elə insanın özü kimidir..
Bəzən həlim, bəzən sərt
Bəzən qərarsız, bəzən qərarlı
Bəzən dürüst, bəzən aldadıcı.
“Ədəbiyyat və incəsənət”
(11.03.2026)


