Məni bağışla – QISA HEKAYƏ Featured

 

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

- Getmə. Məni vurduğun yerə getmə. Özün də acıyarsan. Özün də pis olarsan. Dəhşətə gələrsən.

- Niyə?

- Bilmirsən?

- Yox, nə olub ki?

- Sən ki, mənə arxa idin, dayaq idin. Birdən-birə dəyişib, məni vurdun. Özün arxa dayandığın insanı öz əlinlə vurduğunu görməkdən peşiman olmazmısan?

- Əgər sən dediyin kimi olsa, əlbəttə peşiman olaram. Hətta öz əlimlə sonuncu gülləmi özümə sıxaram. Elə bilirsən, mən səni vurdum?

- Elə deyil ki?

- Xeyr əzizim, mən səni vurmadım. Mən səni qorudum. Səndən xəbərsiz. Səni kimlər vurmaq istəyirdi, varmı xəbərin? Mən özümü səni vururmuş kimi göstərib, qorudum səni.

- Kimlərdən?

- Əsas odur ki, mən səni qoruya bildim. Onların kim olmasının əhəmiyyəti yoxdur.

- Niyə?

- Çünki onlar sənin üzünə gülüb, səni məhv etməyə çalışan, özlərini sənə ən əziz göstərən, ən aciz məxluqlardır.

- Yəni?

- İndi mən istəmirəm ki, sən onların kimliyini bilib, gözündə böyütdüyün bəzi dırnaqarası dostlarının necə cılız olduğunu görüb, hər gün acı çəkəsən.

- Mənə zərbənin kim endirdiyini mən bilməli deyiləm?

- Mən özüm səni onlardan qoruyacam. Səndən xəbərsiz.

- Axı kimdir onlar?

- Rəhmətlik İsmayıl Şıxlının müdrik kəlamı ilə deyirəm: "Sapı özümüzdən olan baltalar".

- Məni bağışla. Bu günə kimi sənin niyyətinin nə olduğunu anlaya bilməmişəm. Sən mənim "Qoruyucu Mələyim" imişsən, ey dost.

 

P.S. Sizi sizdən xəbərsiz qoruyacaq (müdafiə edəcək) bir dostunuz varsa, siz qazanmısınız.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.