Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə işgüzar xanımların “Uğura gedən yol” adlı görüşü keçirilib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, eləcə də həmin ölkədə müxtəlif sahələrdə uğur qazanan azərbaycanlı qadınlar iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, “Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova tədbirin məqsədinin uğurlu qadınların fəaliyyətini işıqlandırmaq, onların nailiyyətlərini geniş ictimaiyyətə təqdim etmək və qarşılıqlı fikir mübadiləsi üçün platforma yaratmaq olduğunu deyib.
Görüş çərçivəsində tibb, mədəniyyət, idman, kosmetologiya, psixologiya, təhsil və digər sahələrdə çalışan xanımlar öz uğur hekayələrini bölüşüb. Eyni zamanda qadınların ictimai və peşəkar həyatda rolu ətrafında müzakirələr aparılıb.
Səfirliyin müşaviri Samir Əbdürəhimov Gürcüstanda müxtəlif sahələrdə uğur qazanan qadın soydaşlarımızın fəaliyyətinin qürurverici olduğunu bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Şəfəq Binnətova qurumun xaricdə yaşayan soydaşlarımıza göstərdiyi dəstək barədə məlumat verib, Gürcüstandakı azərbaycanlı qadınların nailiyyətlərinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
“Ədəbiyyat və incəsənət”
(06.03.2026)


