Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Nəhayət, artıq otağımdayam. Bu sözləri yazmağa başlayacam. Saat 12⁰² di. Bu sətirləri yazarkən, ağlım bir an tərəddüd edir. Çünki səni təsvir etmək, necə deyim, yay gecəsində görülən ən parlaq ulduzu, əlinə aldığın bir daş parçasına çəkib izah etməyə çalışmaq kimidi. Mümkünsüzdüye, Bircəm. Amma ürəyimin mümkünsüzlüyə qarşı inadı buna qalib gəlir.
Sənin varlığın, mənim daxilimdə elə bir dil açıbki, onu heç bir lüğət öyrətməyib mənə. Məsələn, "sakitlik" sözü indi mənim üçün sənin yanımda oturub, nəfəs alışını dinləmək deməkdi. "Ev" sözüysə artıq dörd divar yox, sənin məni baxışınla sarıyıb bürüdüyün o görünməz, amma hər şeydən möhkəm sığınacaqdır. Hər gün səni izliyirəm. Sən çayı qaynadanda, pəncərədən küləyi seyr edəndə, ciddi bir şey düşünəndə qaşların bir qədər toplandığında... Bunların hamısı mənim üçün kainatın ən incə, ən dəqiq rituallarıdı. Və mən bu ritualların sadiq tərəfdarıyam. Çünki onların hər biri mənə elə bir hiss verir ki, sanki həyatın bütün sirli mənası, elə bu adi anların içində gizlənib.
Sənin gülüşün mənim üçün bir möcüzə deyil, bir həqiqətdir. Möcüzələr nadir və qeyriadi olur. Sənin gülüşün isə mənim gündəliyimin, həqiqətimin bir hissəsidir. O qədər təbii, o qədər lazımlı və o qədər həqiqidi ki, onu görmədiyim bir günü, günəşi görməmiş bir gün kimi hiss edirəm. Səninlə eyni havadan nəfəs almaq belə, mənə bir qürur verir. Bu qürur böyük uğurların, qazqancların qürurundan fərqlidi. O daha sakit, daha dərin, daha dayanıqlıdı. Bu, elə bir qürurduki, "bax, mənim dünyamda belə bir gözəllik var və mən ona layiq olmaq üçün hər gün daha yaxşı olmağa çalışıram" demək qürurudu.
Sənə verdiyim hər söz, hər vəd, mənim ürəyimin ən möhkəm kağızına yazılmış müqavilədi. Və mən bu müqavilənin ömrü boyu qulluğvusu olmağı, həyatımın ən şərəfli vəzifəsi sayıram. Sadəcə, var olmağın üçün sənə minnətdaram, kuklam. Həyatımın səhnəsinə gəldiyin üçün. Bu səhnədə mənimlə birlikdə, bu adi, bu qeyri-adi, bu möhtəşəm hekayəni yazdığın üçün.
Mən səni sevirəm, həyatım. Bu sevgi məni olduğum kimi qəbul etdiyin hər an daha da böyüyür. Və mən bilirəm ki, bu hekayənin son səhifəsi də sənin adınla başlayacaq və sənin adınla bitəcək...
“Ədəbiyyat və incəsənət”
(05.02.2026)


