Ən çox kim olmağı sevirik? – Ekspress-sorğu Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Növbəti ekspress-sorğudayıq. Sualımız belədir: “Ən çox kim olmağı sevirik?”

Həyatımız boyu müxtəlif kimliklərə bürünürük. Kimi üçün valideyn – ata və ya ana, kimi üçün bacı və qardaş, kimi üçün həyat yoldaşı, kimi üçün övlad, kimi üçün dost, kimi üçün isə tanış oluruq. Bir çox kimliyimiz olur: yazıçı, müəllim (peşə kimliyi), oxucu, rəhbər, işçi, tələbə. Amma bəs özümüz ən çox kim olmağı sevirik?

 

İLHAMƏ MƏHƏMMƏDQIZI

Ən çox kim olmağı sevirik?” sualına mənim cavabım belədir: əsl insan olmağı sevirəm.

Çünki əsl insan başqalarının gözləntilərinə görə deyil, öz dəyərlərinə görə yaşamaq deməkdir. Bu, səmimi olmaq, dürüst davranmaq, səhvlərini qəbul edə bilmək və vicdanla hərəkət etməkdir. Əsl insan başqasını təqlid etmir, olduğu kimi görünür və olduğu kimi qəbul olunmaqdan qorxmur. Bəli, insanı dəyərli edən və fərqləndirən məhz onun səmimiyyəti, mərhəməti və insani keyfiyyətləridir. Buna görə də ən doğru seçim başqası olmaq yox, özün olmaqdır. Yəni, əsl insan olmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.