Niyə yadsan özünə? - ESSE Featured

Aytən Ağasıyeva, “Ədəbiyyat və incəsənət” üçün

 

..Saat gecənin ikisinə yaxınlaşır... ağrı içində didinirdi.. Əlini telefona aparıb, nömrələri yığdı.. Sıfır beş bir....sıfır..sıfır.

-         Bura gələ bilərsən? Yaxşı deyiləm.

-         Gəlirəm.

Gəlirəm deməyi onu biraz rahatlatmışdı. Halbuki saatlar öncə əl çəkmişdi ondan. Düşünürdü ki, artıq yaddır ona. İnsan özünə yad ola bilərmi?

 Daha heç nəyə ümidi qalmamışdı, ama budur, o gəlir.

Yad adam: “Niyə gəlim? Nə üçün gəlim? İndimi gəlim?” - deyə suallar verərdi.

Gələn yad deyildi.

-         Əynini qalın elə, aşağıda gözləyirəm.

-         Gəlirəm.

O baxışlarda yadlıq yox idi, amma gözlərimi qaçırırdım, sanki bir az artıq baxsam, hər şey buxarlanıb uçacaqdı. Özüm belə.

-         Siz nəyi olursuz xəstənin?

Susdu.

Mənsə “Mən onun keçmişiyəm, ya da, ya da gələcəyiyəm” deyə bilmədim..

Bəlkə də nə keçmişim idi, nə də gələcəyim. Elə yad idim özümə.

Soruşmadım, niyə yadsan özünə?

Tanıdığım yadımsan? Yoxsa yadsan özünə?

İnsan niyə yad olar özünə?

Yadlıq tanıdığın insanları sonradan tanıya bilməməkdimi, yoxsa, bir addımlıqdakı aynada özünümü görməkdi?

Əllərin yad deyil, ruhun yad deyil. Bəs niyə yadsan özünə?

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.