Ən çox kim olmağı sevirik? – Ekspress-sorğu Featured

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Növbəti ekspress-sorğudayıq. Sualımız belədir: “Ən çox kim olmağı sevirik?”

Həyatımız boyu müxtəlif kimliklərə bürünürük. Kimi üçün valideyn – ata və ya ana, kimi üçün bacı və qardaş, kimi üçün həyat yoldaşı, kimi üçün övlad, kimi üçün dost, kimi üçün isə tanış oluruq. Bir çox kimliyimiz olur: yazıçı, müəllim (peşə kimliyi), oxucu, rəhbər, işçi, tələbə. Amma bəs özümüz ən çox kim olmağı sevirik?

 

Harun Soltanov:

Əcəb sualdır. Mən yəqin ki, deyəsən, həlledici olmağı sevirəm. Bir mühəndis tərəfim var, bir də yazan tərəfim. Mühəndis tərəfim parçalayıb sökür, sonra təmir edir, yazan tərəfim isə onlara bir məna verir. Necə ki, bir il əvvəl "özümü təmir edə bilmirəm" deyə bir yazıda bundan bəhs etmişdim. Amma nəticə etibarı ilə, hər iki halda mən nəyisə həll edirəm.

Bəlkə də, "vətənpərvər" olmaq bir problemin həllidir.

Qorumaq, öyrənmək, yararlı olmaq. "Yazıçı" olmaq isə başqa bir problemin həllidir. İçimdəki o qarmaqrışıq şeyləri sözlərə tökmək, kimisiylə "dost" olmaq   tənhalığın həllidir.

Bilmirəm, bəlkə də bunlar mənim mövcud olmağımı mənə sübut edən şeylərdir. Axı nəfəs almaq yaşamaq demək deyil.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.