Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Baxarkən gördüklərim, görərəkən düşündüklərim, düşünərkən hiss etdiklərim hər zaman bir-birinə bənzəmir. Bəzən gördüklərim düşündüyüm kimi olmur. Bəzən isə hiss etdiyim kimi görünmür.
Amma dəyişməyən bir şey var – hamısının bir-birinə təsiri. Hər fərqlilik içində bir oxşarlıq da daşıyır. Hansı ki, bir – birinə yad görünən şeylərin əslində bənzər tərəflərinin olması kimi. Bu bənzərlik bəzən gözəçarpacaq qədər yaxın, bəzən isə heç görünməyəcək qədər uzaqda dayanır.
Demək ki, qarşılaşdığımız şeylər hər zaman bizə nə yaddır, nə də çox yaxın. Hər yadlıqda bir doğmalıq, hər doğmalıqda bir yad baxış gizlənir.
“Ədəbiyyat və incəsənət”
(16.12.2025)


