“1 şair, 1 şeir”də Mikayıl İnçəçaylı və "Tükənməz" Featured

“Ədəbiyyat və incəsənət” portalının 1 şair, 1 şeir rubrikasında bu gün şair Mikayıl İnçəçaylının "Tükənməz" şeiri təqdim edilir.

 

Mikayıl İnçəçaylı Cəlilabad ədəbi mühitinin nümayəndəsi, mahir bədii qiraətçi və şairdir.

 

TÜKƏNMƏZ

 

Səbr et, könül, Yaradanın əliylə,

Bir öcağa ruzi gələ tükənməz.

Şəkk eləsək dərd üstünə dərd gələr,

Daşınsa da şələ-şələ tükənməz.

 

Axtar ləli, dərinlikdən çək üzə,

İnsan gərək əməliylə zər düzə.

Hər yaranmış yaranışdan möcüzə,

Cümlə bəşər yazsa belə tükənməz.

 

Həyat varsa, ölüm də var, ömürdə,

Şərəf gəzmə hər yaşanmış ömürdə.

Abid olam, Quran tutam əlimdə,

Şeytan varsa fitnə, tələ tükənməz.

 

Əzəl torpaq, axır torpaq, kimik biz?

Ruh ki, uçdu bircə yığın sümük biz.

Sevinən də, sızlayan da bizik, biz,

İmtahan var, sorğu hələ tükənməz.

 

Dərs al Quran, Tövrat, Zəbur, İncildən,

Ara pozan, yara vuran, incidən,

Kəlam var ki, qiymətlidir incidən.

Yaz, Mikayıl, töhfə elə tükənməz.

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.