“Ədəbiyyat və incəsənət” portalının 1 şair, 1 şeir rubrikasında bu gün Arzu Əyyarqızının "Vətəndən pay olmayır” şeiri təqdim edilir.
Arzu Əyyarqızı “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra Poeziya Məclisi"nin yaradıcısı və rəhbəri, AYB və AJB-nin üzvü, şair-publisistdir.
VƏTƏNDƏN PAY OLMAYIR
Dilim Vətən deyəndə, köksüm alışıb yanır,
Vətən! söyləyən dilim, özünü xoşbəxt sanır.
Yaralı qanadını, sardı, müzəffər ordum -
Üç rəngli al bayrağım, qürurla dalğalanır.
Vətən ana qucağım, Vətən rahat beşiyim,
Azərbaycan adında isti evim-eşiyim,
Odu sönməz yurdumdur, qoymaz məni üşüyüm-
Vətənimin kimliyin, büsbütün dünya tanır.
Sən ey güllü-gülüstan, sən ey cənnət məkanım,
Əbədi hürriyyətsən, arzulara təkanım,
Şuşaya, Qarabağa, zəfər yolu çəkənim -
Vətəndən pay olmayır, çox şükür, hər kəs qanır!
“Ədəbiyyat və incəsənət”
(13.11.2025)


