“Ədəbiyyat və incəsənət” portalının 1 şair, 1 şeir rubrikasında bu gün Şəhla Rəvanın "Müstəqillik bayrağı” adlı şeiri təqdim edilir.
Şəhla Rəvan Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları laureatı, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrindən biri, ədəbiyyatçı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şairdir.
MÜSTƏQİLLİK BAYRAĞI
Bayrağımın üç rəngi var,
Mavi, qırmızı, yaşıl.
Vətən ona, o vətənə,
Gör necə də, yaraşır.
Qırmızı zolağın üstdə,
Ağ rəngli aypara var.
Ətrafında səkkiz guşə,
Parlayan ulduz yanar.
Azadlığın simvoludur,
Zirvələrdən enmərik.
Bu yol haqqa gedən yoldur.
Biz bu yoldan dönmərik.
Milli birlik, bərabərlik.
Var onun xilqətində,
Bayraqla bir addımlarıq
Asan gündə, çətində
Mütəqillik qazanaraq
Bayraqımız ucaldı
Düşmənlərdən qisas alıb,
Daim zirvədə qaldı.
“Ədəbiyyat və incəsənət”
(10.11.2025)


