“Ədəbiyyat və incəsənət” portalının 1 şair, 1 şeir rubrikasında bu gün Şəhla Rəvanın "Zəfər nəğməsi” adlı şeiri təqdim edilir.
Şəhla Rəvan Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları laureatı, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrindən biri, ədəbiyyatçı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şairdir.
ZƏFƏR NƏĞMƏSİ
Səkkiz Noyabr bizim şanlı tariximizdir.
Qızıl hərflə yazılmış, silinməz izimizdir.
Ana vətən deyərək, uğrunda verdilər can,
Şəhidlərin qanıyla tam oldu Azərbaycan!
"Dəmir yumruq" altında birləşərək qan dedik.
Yaşasın Azərbaycan!, Ali Komandan dedik.
Bu yolda and içərək vətənə qurban dedik,
Şanlı Zəfər qazandıq, vətənə can-can dedik.
Qovduq öz yurdumuzdan zalım, mənfur düşməni.
Sevin, fəxr et ey vətən, dinlə Zəfər nəğməni.
Nəğmən şəhid ruhların üzərindən keçəcək.
Başın sağ olsun vətən, Zəfər günün mübarək!
(Göytəpə şəhəri - 01.11.2025)
“Ədəbiyyat və incəsənət”
(04.11.2025)


