Payızı sevmək, ya sevməmək ? – EKSPRESS SORĞU Featured

 

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət"

 

Portalın əməkdaşlarının cavablandırdıqları növbəti ekspress-sorğu hazırda sərin-ilıq günlərini yaşadığımız payız fəsli ilə bağlıdır. Payızı niyə sevmək, yaxud niyə sevməmək?

 

Payızı xatırladan rənglər, kəklikotulu çay və yanında sevdiyimiz insanlar,  sətirlərində özümüzü tapdığımız bəzən isə axtardığımız kitablar, müzakirə əsnasında unutduğumuz başlıqlar. Siyahını bir az da uzada bilərəm, amma düşünürəm ki, siz oxucular anladınız nə demək istədiyimi.

Bu dəfə məsələ payızdır. Onu sevmək və sevməmək üçün kifayət qədər səbəblərimiz var və ya tapa bilərik. Niyə sevməmək? Nədir payızı bu qədər sevimsiz fəsil edən? Araşdırmalar göstərir ki, günəşsiz havalarda xoşbəxtlik  hormonu ifraz olunmadığı üçün insanlar depresiyaya və ya melaxonik vəziyyətə daha yatqın olur. Kimiləri üçün bu bir kabusdur, kimiləri üçün isə sadəcə bir kəşf.   İnsan duyğularını yaşamadığı hadisələrə vermək istədiyi reaksiyalar əvəzinə onları basdırdığı üçün bu hal kabus olur.

Bəs görəsən kəşf nə zaman olur? 

Payızı olduğu kimi  yaşayıb özümüzə təhammülümüz artdıqca artıq bu kəşfə çevrilir. Dinclik, yavaşlamaq, müşahidə etmək və özünə eləcə də yaxınlarına daha çox vaxt ayırmaq - hamısı həyatın daha çox hissəsində özünü göstərmək istəyir.  Hər birinə həyatımızda yer verib, dözümlülüyü artırdıqca ifadə etməyə  başladıqca  dəyişir.

Bir müddətdir ki, yaşamaqdan yazmağa vaxtım olmurdu. İndi isə hər birini yenidən xatırlayıb yazmaq istəyim gəlir, tam olaraq istək də deyil. Ağlımda olan bir neçə kəlməni yazmağa çalışıram, nəticədə görürəm zaman necə keçibsə ifadə etməyə çalışdığım bir neçə kəlmə böyük bir cümləyə çevrilib, hətta hekayə olub. Bunda payızında rolu yetərincə böyükdür.  

Acizanə tövsiyəm və sözümün canı odur ki, siz də yazın, yazmaq alınmırsa birinə danışar kimi danışın. Ya da elə biri varsa ona danışın. İnsan ən çox öz köklərindən qopduqca özündən uzaqlaşıb özü ilə vaxt keçirtmədikcə hərşey ona əziyyət kimi gəlir. Sırf yazmaq belə payızı daha sevilən və yaşanılır hala çevirəcək. 

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.