“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün Ağdam Sosial-İqtisad Kollecinin Məktəbəqədər təhsil ixtisası tələbəsi Rəqsanə Mehtiyeva özünün “Görmədikləri mən” hekayəsi ilədir.
Atam işləmək üçün şəhərə getmişdi. Bu gün gələcəkdi.
1 aydan çoxdur ki gedib, bu gün evə qayıdacaq. Bu 1 ay ərzində mənlə heç danışmamışdı. Ancaq ya anamla, yada qardaşımla danışırdı. Onun evə gələcəyi saatı bilirdim və onu görməmək üçün yarım saat əvvəl otağıma getdim. “Mən yatacam” dedim. Anam – Bir az gözlə, atan gəlsin, sonra yatarsan - dedi.
Yox dedim, bu gün çox yorulmuşam o gec gələr, mən yatıram.
Tam bildiyim saatda da gəldi. Gözlərimi yumdum ki, oyaq olduğumu bilməsin. Otağıma gəldi, yavaşca məni öpüb getdi. İstəmsizcə gözümdən 1 damcı yaş süzüldü. Uşaq vaxtı gəlib məni öpüb getsin deyə yatmış kimi edirdim, ancaq indi elə bir niyyətim yox idi. Uşaq vaxtı görmədiyim ata sevgisinin yerini indi doldurmağa çalışırdı, ancaq o da bilirdi ki artıq çox gecdi.
Uşaqlıqda atası ilə mehriban olan uşaqları görəndə həsrətlə baxırdım. Bunun tək günahkarı odu, bunun üçün də onu heç vaxt bağışlamayacam. O heç vaxt sözünü tutan biri olmayıb, mənə verdiyi heç bir sözü tuta bilmədi. İndi isə gəlib mənə ad günündə hansı hədiyyəni istəyirsən deyir. Axı mən hər il sənə nə istədiyimi deyirəm, sənsə hədiyyə bir kənara, mənim ad günümü xatırlamırsan.
O gün bütün gecə gəlib getdi, bəlkə oyanaram deyə. Ancaq o hər dəfə gələndə mən gözümü yumub yatmış kimi elədim. Səhər açıldı, otağın qapısının yanında gözlədiyini gördüm. Durub yavaşca yanından keçdim, salam belə demədən. Bilirəm, onun xətrinə dəydi, çünki bütün gecə mənim oyanmağımı gözləmişdi. Ancaq mən balacaykən o da mənə belə davranırdı. O işdən gəlirdi, yatırdı, mənsə bütün gecə otağın önündə gözləyirdim ki, oyanacaq, məni öpüb sonra yatacaq. Ancaq o oynamırdı. Səhər də heç nə olmamış kimi durub gedirdi, üzümə belə baxmırdı. Ancaq qardaşıma qarşı belə deyildi. O nə istəsə alır, ad gününü unutmur, ona sürprizlər edir, onu gəzməyə aparır və daha nələr. Anam da bunu görürdü, ancaq heç nə demirdi. Özümü ögey övlad kimi hiss edirdim. Sanki bu evdə artıq idim.
Həmin gün atam yenə iş üçün getdi. Bəlkə bir də 1 ay sonra gələcəkdi, bilmirdim. Ayda 1 dəfə gəlməyinin səbəbi də qardaşıma aldığı hədiyyələr idi. Hər dəfə gələndə ona mütləq hədiyyələr alırdı. Atam gəldiyi gündən 4 gün sona "Məzun Günü" idi. Ancaq bu onun yadına düşmədi. O ancaq qardaşıma "Dərslərin necə gedir? Müəllimlər səni incitmir ki? Məktəbə gedirsən?" kimi suallar verirdi. Mənim dərslərim ona maraqlı deyildi çünki. Məzun günü oldu. Düşündüm ki bəlkə yadına düşər, heç olmasa zəng edib təbrik edər. Ancaq onun yadına düşmədi. Anamla danışanda anam dedi ki, "Bu gün məzun günü idi qızını təbrik etdin?", o da "Yox təbrik ediləcək nə var ki məzun olub da" dedi. Ondan gözlədiyim də elə bu idi. Çünki ondan bir dəfə olsun xoş söz eşitməmişəm. Nə ad günümü təbrik edib, nə də hər hansı bir uğurumu.
***
Artıq məzun olmuşdum, gözəl bir işim, maaşım da vardı. Və o vaxt istədiyim tək şey şəhərdə kiçik bir ev alıb hər kəsdən uzaqlaşmaq idi. Və bu istəyimi artıq reallaşdırmışdım. Artıq sevilməyən, ögey kimi hiss edən o qız yox, yeni həyatında hər kəs tərəfindən sevilən, dəyər görən və parlayan bir qız olmuşdum.
Bəzən uğura gedən yol sevgisizlikdən keçir. Hər an səbrlə dayanmaq lazımdır ki, uğura bir addım daha atasan. Və sonda istədiyindən daha gözəl bir həyat sənin olacaq.
“Ədəbiyyat və incəsənət”
(23.10.2025)


