“Milli Qəhrəmanlarımız” layihəsi çərçivəsində növbəti videoçarx təqdim olunub

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Milli Qəhrəmanlarımız” layihəsi çərçivəsində 2025-ci ildə yubileyləri olan Milli Qəhrəmanlar haqqında növbəti videoçarx təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məluçata görə, vətən üçün canından keçən qəhrəmanlar heç vaxt unudulmur. Onların mübarizəsi, Vətən sevgisi gənclərimiz üçün örnəkdir. Növbəti beşinci videoçarxda şəhidlərimiz haqqında Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri verilmişdir. Videoçarxda Milli Qəhrəmanlar Əjdər Babayevin, Əli Məmmədovun, Sərdar Səfərovun, Əsəd Əhmədovun, Hidayət Rüstəmovun, Fərhad Ağayevin, Arif Qədiməliyevin, Elnur Nuriyevin igidliyi və şərəfli döyüş yolu, onların təltifləri və xatirələrinin əbədiləşdirilməsi haqqında məlumatlar verilir.

Videoçarxdakı Milli Qəhrəmanlardan dörd nəfər  Birinci Qarabağ müharibəsində, bir nəfər Gəncə şəhərindəki qiyam yatırılan zaman (1994), üç nəfər 13-17 mart (1995) tarixlərində dövlət çevrilişinə cəhdin qarşısının alınması zamanı qəhrəmanlıq göstərmişdilər.

Videoçarx kitabxananın YouTube kanalında nümayiş olunur:

https://www.youtube.com/watch?v=NxynbTzhF4c

 

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.