Nə üçün ən parlaq rəngləri çəkmək yerinə divarı qaraya boyayırsan? -ESSE Featured

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Bəzən oxuduğum kitabdakı bir söz, bir cümlə belə məni o ana aparır. O an hər şey gözümün qabağında dayanır. İçim sıxılır, getdikcə daralıram. Başımın hərləndiyini hiss edirəm. Boğazım düyünlənir, sözlər boğazımda ilişib məni boğur. Mən sadəcə bir cümlə deyə bilirəm: “Bunu mənə niyə etdin?”

 

Amma cavabı səbəbsizdir. Açdığı yara isə səbəbsiz yaranan səbəblər dənizində boğulur. Nə suyun üzünə çıxacaq qədər yüngül, nə də dərinlərə batacaq qədər ağırdır. Ən çətin olan da budur: nə bata bilir, nə də azadlığına qovuşa. Bizi bu ana məhkum edən qüvvəni anlaya bilmirəm.

İnsan sevdiyi divarlara ən parlaq rəngləri çəkmək yerinə, nə üçün onu qaraya boyayır? O divarların hansı rəngi sevdiyini soruşdunmu heç?

Qaranı sevməyən divarı inadla qaraya boyamaqdan vaz keç.

İcazə ver, o divarlar rahat nəfəs alsın, günəş görsün, sevdiyi rəngi özü seçsin. Çünki hər seçim sənin rəngindir.

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.