Və bəzən gözləmək, yaşamaq qədər cəsarət istəyir - ESSE Featured

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Bəzən sadəcə gözləyirəm: zamanı, arzularımı, bir gün hər şeyin düzələcəyini.

Baxmayaraq ki, heç nə dəyişmir, ancaq yenə də gözləyirəm. Çünki içimdə bir ümid var – səssiz, amma inadkar. Hər dəfəsində məni ayaqda tutan, tükənməyə imkan verməyən bir inad. Və bəzən gözləmək, yaşamaq qədər cəsarət istəyir.

 

Gözləmək asan deyil. O, səndən çox şey istəyir, çox şey alır – səbrini, zamanını, inamını, bəzən də göz yaşlarını. Sən isə sadəcə bir şey istəyirsən – qovuşmaq.

Bir arzuya, bir hissəyə, bir insana, ya da sadəcə özünə.

Bəlkə də gözlədiyin heç vaxt gerçək olmayacaq. Ancaq yenə də içindəki o ümid, o istək hələ də susmayıb.

Ən son ölən ümidlərdir deyirlər. Bəs sona  qədər yaşayan nədir?

Bəlkə də sevgi.

Ya da xatirələr.

Bəlkə də ruhun gücü.

Ya da insan!

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2025)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.