Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Sizlərlə Marqlı söhbətlər rubrikasındayıq. Bu dəfə yolumuz 19-cu əsr Almaniyasınadır. Alman imperatoru II Vilhelm barədə danışacağıq.
II Vilhelm (1859-1941) özünü bir çox məsələlərdə mütəxəssis hesab edirdi. Baxmayaraq ki, bu məsələlər bəzən dövlət idarəçiliyi işlərindən kifayət qədər uzaq idi. Bir dəfə o, hətta şəxsən bir döyüş gəmisinin layihəsini hazırlayır. Bundan sonra o, gəmiyə mühəndislik və konstruktor işləri ilə bağlı rəy vermək xahişi ilə İtaliyanın Dəniz işləri nazirinin müavini, məşhur gəmiqayırma mütəxəssisi Benedetto Brinə müraciət edir. Bununla bağlı kayzer vüqarla deyir: - Bu layihə mənim çoxillik araşdırmalarımın, uzun düşüncələrimin və diqqətli, israrlı əməyimin bəhrəsidir!
Bir neçə həftə sonra təcrübəli gəmi inşaatçısı Brin ona öz rəyini göndərir. Rəydə belə yazılmışdı: "Əlahəzrətin inşa edəcəyi gəmi yer üzündə indiyə qədər mövcud olan ən güclü, nəhəng və gözəl gəmi olacaq. O, misli görünməmiş sürətə çatacaq, silahları dünyada ən güclü, dor ağacları ən hündür, topları isə ən uzun məsafəyə sahib olacaq. Gəminin gözəl daxili bəzəyi kapitandan tutmuş gənc matrosuna qədər bütün heyətə əsl zövq verəcək. Amma bu möhtəşəm gəminin yalnız bir çatışmazlığı var: onu suya salan kimi o, qurğuşun ördək kimi batacaq”.
Hərə öz işi ilə məşğul olsa, daha gözəl olmazmı?
“Ədəbiyyat və incəsənət”
(18.06.2025)