Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Yay mövsümündə dünyanın müxtəlif ölkələrində daha çox yüngül, təravətləndirici, bol tərəvəzli və meyvəli yeməklərə üstünlük verilir. Dünya mətbəxinin yaya aid ən məşhur 10 yeməyi və onların qısa hazırlanma resepti təqdim olunur. Bələdçimiz dünya mətbəxinə aid minlərlə resepti ilə məşhur olan BBC good food nəşridir.
1. Gazpaço (İspaniya)
Xüsusiyyəti: Dünyanın ən məşhur yay şorbalarından biridir.
Lazım olan ərzaqlar:
- 1 kq yetişmiş pomidor
- 1 xiyar
- 1 yaşıl bibər
- 1 diş sarımsaq
- 2 dilim çörək
- 3 x.q. zeytun yağı
- 1 x.q. sirkə
- Duz
Hazırlanması:
1. Tərəvəzləri doğrayın.
2. Çörəyi isladın.
3. Hamısını blenderdə püre halına gətirin.
4. Soyuducuda 2 saat saxlayın.
5. Soyuq halda servis edin.
“Ədəbiyyat və incəsənət”
(14.07.2026)


