İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bugün ömrünün 49-cubaharınaqədəm qoyan MeqiCillenhol (MaggieGyllenhaal) — amerikalı aktrisa, rejissor, ssenaristvə prodüserdir. O, müstəqil kino və Hollivud filmlərində yaratdığı fərqli obrazlarla tanınır. Xüsusilə Secretary (Katibə), Sherrybaby (Şerri-beybi), Crazy Heart (Dəli ürək) və The Dark Knight (Qara cəngavər) filmlərindəki rolları ilə geniş tamaşaçı auditoriyasının diqqətini cəlb edib.
Meqi Cillenhol 16 noyabr 1977-ci ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub. Əlbəttə ki, bu meqapolisdə doğulmaq bir xoşbəxtlikdir – sən dünyanın fövqəldövlətinin ən böyük şəhərində doğulursansa, demək ki şanslısan və artıq digərlərindən bir baş üstünsən.
Tam adı Marqalit Rut Cillenholdur (Margalit Ruth Gyllenhaal). O, sənətkar ailəsində böyüyüb. Atası Stiven Cillenhol (Stephen Gyllenhaal) kinorejissor, anası Naomi Foner (Naomi Foner) isə ssenaristdir. Kiçik qardaşı Ceyk Cillenhol (Jake Gyllenhaal) da tanınmış Hollivud aktyorudur.
Meqi Kolumbiya Universitetində təhsil alıb və 1999-cu ildə ədəbiyyat ixtisası üzrə məzun olub. Bundan başqa, Londondakı Kral Dramatik İncəsənət Akademiyasında (Royal Academy of Dramatic Art) da qısa müddət təhsil alıb. Meqi Cillenholun kino karyerası 1992-ci ildə atasının rejissorluq etdiyi Waterland (Su ölkəsi) filmi ilə başlayıb. Lakin onun geniş auditoriya tərəfindən tanınması 2001-ci ildə qardaşı Ceyk Cillenholun da rol aldığı Donnie Darko (Donni Darko) filmi ilə sürətlənib.
2002-ci ildə ekranlara çıxan Secretary (Katibə) filmindəki baş rolu aktrisanın karyerasında mühüm dönüş nöqtəsi olub. Bu filmdəki ifasına görə Qızıl Qlobus mükafatına namizəd göstərilib. 2006-cı ildə Sherrybaby (Şerri-beybi) filmindəki obrazı ilə yenidən tənqidçilərin diqqətini cəlb edib. Həmin il Oliver Stounun World Trade Center (Dünya Ticarət Mərkəzi) və Stranger Than Fiction (Bədii uydurmadan yad) filmlərində də rol alıb.
2008-ci ildə Kristofer Nolanın məşhur The Dark Knight (Qara cəngavər) filmində Reyçel Dous obrazını canlandırıb. 2009-cu ildə isə Crazy Heart (Dəli ürək) filmindəki ifasına görə ikinci plan qadın rolunda ən yaxşı aktrisa nominasiyasında Oskar mükafatına namizəd olub. 2014-cü ildə The Honourable Woman (Hörmətli qadın) mini-serialında Nessa Stayn obrazını yaradıb. Bu rol ona Qızıl Qlobus mükafatını qazandırıb. 2017–2019-cu illərdə yayımlanan The Deuce (İkiqat oyun) serialında həm aktrisa, həm də prodüser kimi fəaliyyət göstərib.
Meqi Cillenhol yalnız aktrisa kimi deyil, rejissor və ssenarist kimi də fəaliyyət göstərir. 2021-ci ildə onun ilk tammetrajlı rejissor işi olan The Lost Daughter (İtirilmiş qız) filmi təqdim edilib. Elena Ferrantenin eyniadlı romanı əsasında çəkilən film analıq, ailə münasibətləri, qadın psixologiyası və şəxsi seçimlər kimi mövzuları əhatə edir. Film kino tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib. Meqi bu ekran əsərinin ssenarisinə görə Oskar mükafatına namizəd göstərilib.
Əsas mükafatları və nailiyyətləri
1. Qızıl Qlobus (2015) – The Honourable Woman (Hörmətli qadın) serialındakı roluna görə qalib.
2. Oskar (2010) – Crazy Heart (Dəli ürək) filminə görə ikinci plan qadın rolunda ən yaxşı aktrisa nominasiyası.
3. Oskar (2022) – The Lost Daughter (İtirilmiş qız) filminin uyğunlaşdırılmış ssenarisinə görə nominasiya.
4. BAFTA (2022) – The Lost Daughter (İtirilmiş qız) filminin ssenarisinə görə nominasiya.
5. Venesiya Film Festivalı (2021) – The Lost Daughter (İtirilmiş qız) filminin ssenarisinə görə Qızıl Osella mükafatı.
“Ədəbiyyat və incəsənət”
(16.11.2026)


