İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Elə sənətçilər var ki, tamaşaçıların qəlbində əbədi yer sala bilirlər, illər keçsə də unudulmurlar. Aktrisa Zərnigar Ağakişiyeva da belələrindəndir.
O, 6 noyabr 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib.
Təhsilini tamamlayandan sonra bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.
Aktrisa yaradıcılığının xarakterik xüsusiyyətlərinə görə, realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb:
1. Tatyana (M.Qorki "Meşşanlar")
2. Xuraman (S.Vurğun "Vaqif")
3. Dilbər ( C.Cabbarlı "Sevil")
4. Şəfəq (S.Dağlı "Kölgələr pıçıldaşır")
5. Zeynəb (B.Vahabzadə "Kimdir haqlı?")
6. Zivər (Anar "Təhminə və Zaur")
7. Kəmalə (İ.Əfəndiyev "Qəribə oğlan")
Səksənlərin sonu – doxsanların əvvəli SSRİ-nin süqut etdiyi dövrdə hər sahədə olduğu kimi teatr və kino sahəsində də hərc-mərclik yarandı, haqsızlıqqlar baş aldı, aktrisaya 1989-1992-ci illərdə səhnədə cəmi 2 rol verildi, bu da onun teatrdan uzaqlaşmasına səbəb olub.
Yalnız 7 ildən sonra mədəniyyət sferasına hədsiz məmk qoymuş, bu sahədəki uğurlra daim yol açmış bir şəxs – mədəniyyət nazirinin müavini, hazırda isə Prezident Administrasiyasının şğbə müdiri Ədalət Vəliyevin dəvəti ilə aktrisa yenidən teatra qayıdıb.
Zərnigar Ağakişiyeva Azərbaycan Dövlət televiziyasının hazırladığı teletamaşalarda və "Azərbaycanfilm" in istehsal etdiyi bir çox filmlərdə çəkilib. Filmlərdə əsas, ikinci dərəcəli, epizodik rollar ifa edib.
Filmoqrafiya
- 777 №-li iş
- Ağ atlı oğlan
- Atayevlər ailəsi
- Bağ mövsümü
- Balaca çoban
Zərnigar Ağakişiyeva 8 fevral 2018-ci ildə ürək çatışmazlığından Bakıda vəfat edib. 9 fevral 2018-ci ildə Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(06.11.2026)


