İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Potensialı tam açılmayan daha bir aktyor - Ağaxan Salmanlı.
O, bəlkə də dramatik, bəlkə də komedik rollarıyla əsl ulduz ola bilərdi, amma xəsisliklə verilmiş epizodik rollarıyla əsla parlaya bilmədi.
Heyif.
Bu gün anadan olmasının 85 illiyi qeyd edilən Ağaxan Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub. 1949–1959-cu illərdə orta məktəbdə təhsil alıb. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının "Bahar oğlu" əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə Mozalan kinojurnalında çəkilib. Xalq artistidir.
9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb. 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilib. 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 29 fevral 2020-ci ildə səhər saatlarında qəflətən vəfat edib. Suraxanı qəbiristanlığında dəfn olunub.
Teatr sahəsindəki rolları
1. Cəfər Cabbarlı — ("Aydınlığa doğru" Seyfəddin Dağlı)
2. Romeo — ("Romeo və Cülyetta" Vilyam Şekspir)
3. Dinar — ("Yadındamı" Altay Məmmədov)
4. Səməd — ("Sən nə üçün yaşayırsan?" İmran Qasımov, Həsən Seyidbəyli)
5. Doktor — ("Yuxulama" Kamal Aslanov)
6. Kazım — ("Məhəbbət bir bəladır" Əhməd Orucoğlu)
7. Qulam — ("Pul dəlisi" Əhməd Orucoğlu)
8. Artur — ("Ovod" Eteri Voyniç)
9. Hacı Murad — ("Tamahkar" Süleyman Sani Axundov)
10. Kərbəlayi Mirzalı — ("Danabaş kəndinin məktəbi" Cəlil Məmmədquluzadə)
Filmoqrafiya
1. İstintaq davam edir
2. Axırıncı aşırım
3. Tülkü həccə gedir
4. Maqarıç
5. 1001-ci qastrol
6. Pıspısa xanım və Siçan bəy.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(29.10.2026)


