Hollivudun təzadlı aktyoru – həm faciə, həm komediya ustası Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Matt Damon (Matthew Paige Damon) müasir Hollivudun tanınmış aktyorlarından biridir. 8 oktyabr 1970-ci ildə doğulub. O, həm dramatik, həm də döyüş, triller, elmi-fantastika və komediya janrlarında müxtəlif obrazlar yaradıb. Damon uşaqlıq və gənclik illərini Massaçusetsdə keçirib. Gənc yaşlarından teatrla maraqlanıb və Harvard Universitetində ingilis dili üzrə təhsil alıb.

 

 Universiteti bitirmədən aktyorluq karyerasına üstünlük verərək təhsilini yarımçıq qoyub. Onun uşaqlıqdan tanıdığı və yaxın dost olduğu aktyor Ben Afflek ilə əməkdaşlığı karyerasında mühüm rol oynayıb. İkisi birlikdə “Good Will Hunting” (1997) — “Ağıllı Uill Hantinq” filminin ssenarisini yazıblar. Film Damonu dünya səviyyəsində məşhurlaşdırıb.

 

Ən məşhur filmləri

“Good Will Hunting” (1997) — Ağıllı Uill Hantinq

“Saving Private Ryan” (1998) — Əsgər Rayanı xilas etmək

“The Talented Mr. Ripley” (1999) — İstedadlı cənab Ripli

“Ocean’s Eleven” (2001) — Ouşenin on biri

“The Bourne Identity” (2002) — Bourne identifikasiyası

“The Bourne Supremacy” (2004) — Bourne üstünlüyü

“The Bourne Ultimatum” (2007) — Bourne ultimatum

“The Departed” (2006) — Mürtədlər

“Invictus” (2009) — Məğlubedilməz

“True Grit” (2010) — Əsl mərdlik

“Contagion” (2011) — Yoluxma

“Interstellar” (2014) — Ulduzlararası

“The Martian” (2015) — Marslı

“Jason Bourne” (2016) — Ceyson Born

“Ford v Ferrari” (2019) — Ford Ferrari-yə qarşı

“The Last Duel” (2021) — Son duel

“Air” (2023) — Air

“Oppenheimer” (2023) — Oppenheymer

 

“Good Will Hunting” və Oskar

1997-ci ildə çəkilən “Good Will Hunting” onun karyerasının dönüş nöqtəsi olub. Damon və Ben Afflek filmin ssenarisinə görə Ən yaxşı orijinal ssenari nominasiyasında Oskar qazanıbar. Damon isə həmin filmə görə Ən yaxşı aktyor nominasiyasına da irəli sürülüb

 

Ceyson Born obrazı

Damonun ən məşhur rollarından biri Ceyson Born obrazıdır. O, bu obrazı ilk dəfə “The Bourne Identity” (2002) filmində canlandırıb və sonrakı filmlərdə də rola qayıdıb. Bu seriya onu xüsusilə döyüş və casus filmlərinin məşhur simalarından birinə çevirib.

 

“The Martian”

2015-ci ildə Ridli Skottun “The Martian” — “Marslı” filmində Mark Uotni obrazını canlandırdı. Marsda tək qalan astronavtın sağ qalmaq və Yerə qayıtmaq mübarizəsindən bəhs edən film Damona Qızıl Qlobus qazandırdı və ona Oskar nominasiyası gətirib.

 

Mükafatları

Matt Damon “Good Will Hunting” filminin ssenarisinə görə Oskar və Qızıl Qlobus mükafatları qazanıb. “The Martian” filmindəki roluna görə də Qızıl Qlobus alıb. Ümumilikdə onun aktyor, ssenarist və prodüser kimi çoxsaylı mükafat və nominasiyaları var.

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.