Operatorlarımızı da tanıyaq – Amin Novruzov Featured

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Kinodan danışanda rejissordan başlayırıq, aktyorlara keçirik. Sobra ssenari müəllifi, lap elə bəstəkar da xatırlanır. Amma heç görmüsünüzmü, operatorun da adı çəkilsin?

 

Mən özümüzdən danışıram, Hollivudda quruluşçu operatorlar az qala rejissor səviyyəsində tutulur. Ən məşhur kinofestivallarda operatorların ayrıca nominasiyaları olur.

Amma bizdə operatorlar həmişə kölgədə qalır. Hətta mən – mədəniyyətdən yazan muxbir belə barmaq qatlayıb bircə operator adı çəkə bilmırım. Amma gəlin bu gün birindən başlayaq və tanıyaq.

Təzəlikcə itirdiyimiz Amin Novruzovdan söz açıram. Bu gün onun doğum günüdür.

Azərbaycanın əməkdar incəsənət xadimi Amin Novruzov 7 oktyabr 1947-ci ildə Bakının Güzdək kəndində anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində V. Yusovun emalatxanasında təhsil alıb. Nəzərə alın ki, bura SSRİ-nin ən elit kino təhsili verən ali məktəb idi, oranın şinelindən çıxan sənətkara əsla zaval olmaz.

1983-cü ildən Amin Novruzov peşəkar fəaliyyətə başlayıbdır, özü də  "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi.

Çəkdiyi filmlər çoxdur və rəngarəngdir.

 

Filmoqrafiya

 

777 №-li müəssisədə,

Adı Günəşlidir,

Alayarımçıq,

 Arşınmalçı,

 Arxada qalmış gələcək,

Bais,

Belə də olur,

 Bəxt üzüyü,

Bir axşam,

"Birisigün, gecəyarısı,"

Boş ver,

 Cəmşid Naxçıvanski,

Cin mikrorayonda,

 Çıxış yolu,

Əhməd haradadır?

Fədailər,

Firəngiz,

Gedərgəlməz,

Güzgü və s.

 

Tanınmış operator ötən ay – 2026-cı ilin 6 sentyabrında 78 yaşında vəfat edib. Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.