O Şvarsenegger yox, bu Şvarsenegger Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Uşaqlıqdan ən çox sevdiyimiz ekş aktyorları sırasında Arnold Şvarsenegger başda gedib. Amma bu gün ondan yox, onun oğlundan danışacağıq. Patrikdən.

 

Patrick Arnold Shriver Schwarzenegger 18 sentyabr 1993-cü ildə ABŞ-ın Kaliforniya ştatının Santa Monika şəhərində anadan olmuş amerikalı aktyor, model və sahibkardır. O, məşhur aktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Schwarzenegger ilə jurnalist və Kennedy ailəsinin üzvü Maria Shriver-in oğludur.

Patrick Los-Ancelesdə böyüyüb. Onun ailəsi həm Hollivud, həm də Amerika siyasi və ictimai həyatında çox tanınmış ailələrdən biridir. Anası Maria Shriver ABŞ-ın keçmiş prezidenti Con F. Kennedinin bacısı Eunice Kennedy Shriver-in qızıdır. Bu səbəbdən Patrick həm Schwarzenegger, həm də Kennedy ailə ənənələri ilə bağlıdır.

Patrick uşaqlıqdan atasının film çəkilişlərini görüb və aktyorluğa marağı da müəyyən mənada həmin mühitdə formalaşıb. Lakin o, karyerasını yalnız atasının soyadı üzərində qurmaq istəmədiyini dəfələrlə vurğulayıb. Patrick Brentwood School-da təhsil alıb. Gənc yaşlarından aktyorluq dərsləri keçib və Nancy Banks ilə məşğul olub.

Daha sonra University of Southern California (USC)-də oxuyub. 2016-cı ildə biznes idarəçiliyi üzrə bakalavr dərəcəsi, əlavə olaraq isə kino sənəti üzrə minor əldə edib. Patrick aktyorluğa çox erkən yaşda başlayıb. Onun ilk ekran işlərindən biri The Benchwarmers filmi olub. Sonrakı illərdə müxtəlif film və seriallarda kiçik və ikinci dərəcəli rollar alıb:

- Stuck in Love — 2012

- Grown Ups 2 — 2013

- Scouts Guide to the Zombie Apocalypse — 2015

- Midnight Sun — 2018

- Daniel Isn't Real — 2019

- Echo Boomers — 2020

- Moxie — 2021

- The Staircase — 2022

- Gen V — 2023

- American Sports Story — 2024

- The White Lotus — 2025

 

Patrick üçün mühüm mərhələlərdən biri 2018-ci ildə çəkilən Midnight Sun filmi olub. Burada o, Bella Thorne ilə birlikdə baş rolda çıxış edib. Film nadir xəstəlik səbəbindən günəş işığından uzaq yaşamalı olan gənc qızın sevgi hekayəsindən bəhs edir. Patrick isə Charlie Reed obrazını canlandırıb. Bu rol onun romantik janrda tanınmasına kömək edib.

Patrickin karyerasında ən böyük sıçrayışlardan biri The White Lotus serialının üçüncü mövsümündəki Saxon Ratliff rolu olub. Saxon varlı Ratliff ailəsinin oğludur və serialda ailəsi ilə birlikdə Taylanddakı lüks kurorta gəlir. Personaj özünə həddindən artıq güvənən, zəngin həyat tərzinə öyrəşmiş və bəzən olduqca mübahisəli davranışları ilə seçilib.

2025-ci ildə The White Lotus onun üçün böyük karyera sıçrayışı yaradıb. 2026-cı ildə isə romantik janrda iki yeni layihə ilə diqqət çəkir: Love of Your Life və Beach Read. Love of Your Life 2026-cı ilin oktyabrında seçilmiş kinoteatrlarda nümayiş etdiriləcək və daha sonra Prime Video-da yayımlanacaq. Beach Read filminin isə 2027-ci ilin mayında kinoteatrlarda nümayişi planlaşdırılır; Patrick burada Phoebe Dynevor ilə baş rolu bölüşür

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.