Komedik rolları gözəl oynayırdı... Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bəzi aktyorlar var ki gözə girməzlər, sakitcə ömürlərini sənətə həsr edərlər. Elə Məhərrəm Qurbanov kimi. Bu gün anım günüdür, bizim də borcumuz xatırlamaqdır.

 

Məhərrəm Qurbanov 24 iyul 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Bakı Mədəni-Maarif texnikumunu fərqlənmə diplomu ilə bitirib. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. 1988-ci ildə oranı bitirib və həmin ildə Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb.

1996-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində S. Ələsgərov "Subaylarınızdan görəsiniz"də Əbülhəsən, E. Sabitoğlu "Nəğməli Könül"də İnzibatçı, E. Sabitoğlu "92 dəqiqə gülüş"də Mağaza müdiri, O. Rəcəbov "Əlin cibində olsun"da oğlan, R. Mustafayev "Məsmə xala dayımdır"da Cəfərqulu rollarını ifa edib.

E. Sabitoğlu "Bankir adaxlı"da cangüdən, sərxoş ər, S. Fərəcov "Bir günlük siğə"də Parnok, O. Rəcəbov "Şeytanın yubileyi"ndə Səlim, M. F. Axundov "Kimyagər" tamaşasında Ağa Zaman , İ. Gözəlova "Min bir gecə" tamaşasında Padşah, Elçin " Baladadaşın toy hamamı" Əmirqulu, Ekzüperinin "Balaca şəhzadə" tamaşasında Əyyaş və s. obrazları özünəməxsuz ustalıqla oynayıb.

"Ay Yay Yay" serialında polis rəisi obrazını, "Kolxoz 85" serialında Şiraslan obrazını, "Anam, bacım, rus gəlin " serialında Fazil obrazını, "İmtahan" sürialında Eldar obrazını və "Niyə ?!" serialında Evro Kamandar onrazını canlandırıb.

Məhərrəm Qurbanov 19 avqust 2019-cu il tarixində ağır beyin kötüyü insultu keçirib, gecə ilə xəstəxanaya çatdırılıb, Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. Məhərrəm Qurbanovun vəziyyəti daha da ağırlaşmış, 21 avqust 2019-cu il tarixində vəfat edib.

 

Filmoqrafiya

- Qız qalası (film, 2000)

- Ərazi (film, 2005)

- Qəmbər Hüseynli (film, 2007)

- Ayrılıq imiş (film, 2008)

- 3 bacı (film, 2012–2014)  (rol: böyrəyi alan həkim; təzə qonşu)

- Kolxoz 85 (teleserial, 2014 Şiraslan obrazı)

- Axırıncı yol (film, 2016)

- 28 iyun (teleserial, 2016)

- Ər quyusu (film, 2016, Əlövsət obrazı)

- İmtahan (teleserial, 2017, Eldar obrazı)

- 11 b Bilik günü (film 2017, Lenin obrazı)

- Anam bacım rus gəlin (teleserial, 2018, Fazil obrazı)

- Ay yay yay (teleserial, 2018 Polis obrazı)

- Niyə? (teleserial, 2018 Evro Kamandar obrazı)

- Son nəfəsədək (film, 2018)

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.