Radistlikdən aktyorluğa Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bir sənətə marağın olsun. O sənətin dalınca gedəsən. Sonradan o yolda başqa bir  sənətlə qarşılaşıb bu dəfə ona meyl salasan. Və uğurlar sıralayasan...

 

Rəhim Xəlil oğlu Qocayev 10 avqust 1979-cu ildə Şəkidə doğulub. Şəki şəhər 10 saylı məktəbdə oxuyub. Məktəb illərindən "Radio-Elektronika" ilə məşğul olub. Bu bilgisinə görə 1997-ci ildə Şəki Dövlət Dram Teatrına radist götürülüb. Həmin ilin sonunda hərbi xidmətə gedib. 1997 – 1999-cu illərdə hərbi xidmətdə olub.

Hərbi xidməti başa vurduqdan sonra yenidən Teatrda radist işləyib. İşlədiyi müddətdə Aktyor sənətinə böyük maraq oyanıb və həmin truppada çalışmaq arzusunda olub. Bu həvəsinə görə onu müxtəlif tamaşalarda kütləvi səhnələrdə sınayıblar. İstedadına və böyük həvəsinə görə 2001-ci il dekabr ayının 1-dən aktyor truppasında çalışmağa başlayıb.

İşlədiyi müddətdə 2009 - 2011-ci illərdə Teatrın nəzdində olan, Mirbala Səlimlinin rəhbərlik etdiyi Teatr Studiyasında aktyorluq sənəti üzrə iki illik tam kurs keçib. Bu kursda Teatrın təcrübəli aktyorlarından və Teatrın baş Rejissoru böyük Ustadı ( Azərbaycanın Əməkdar İncəsənət Xadimi ) Mirbala Səlimlidən Aktyor sənətinin incəliyini və sirlərini öyrənib.

Kurs işi olaraq J.B.Molyerin "Aldadılmış ər" tamaşasında ( Klitandr ) rolunu oynamış və ona Teatrın bədii şurası tərəfindən Teatr Aktyoru ixtisası verilmişdir. Aktyorun Azərbaycanın klassik və çağdaş müəlliflərinin müxtəlif janrlı əsərlərinin tamaşalarında ifa etdiyi səhnə obrazları tamaşaçılar tərəfindən sevilib və yadda qalıb. Verilən hər bir obraza böyük məhsuliyyətlə yanaşan Aktyorun arzusu hər yeni Tamaşada yeni bilgi və yeni təcrübə qazanmaqdır.

 

Teatr səhnəsindəki rolları

- Musiqiçi - “Adsız ulduz” (Mixail Sebastian)

- Hüquqçu - "Cəzasız günah" (Bəxtiyar Vahabzadə)

- Səid - "Molla Nəsrəddinin sərgüzəştləri" (Leonid Solovyov, Viktor Vitkoviç)

- Daniel - "Tələ" (Rober Toma)

- Əşrəf Bəy - “Yağışdan çıxdıq, yağmura düşdük” (Nəcəfbəy Vəzirov)

- Aşıq Sadıq - "Tıq-tıq xanım" (Rəhman Əlizadə)

- Hacı Nuru - "Molla İbrahimxəlil kimyagər" (Mirzə Fətəli Axundzadə)

- Valer - "Xəsis" (Jan Batist Molyer)

- Çepena - "Çiy yumurta, bişmiş məhəbbət" (Georgi Xuqayev)

 

Filmoqrafiya

- "Xanım Hey" (Nağıl) Əli Hacıyev. Space Tv.

- "Həyat hekayəsi" Çarx ( Tac production )

- Qırmızı bağ

- Niyə? 2

- "Yad siqnal"

- Xalisin arzuları

- Bir Zamanlar Şəkidə (The Game)

 

Mükafatları

- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Fəxri-fərmanı

- Azərbaycanın əməkdar artisti fəxri adı

- Azərbaycan Respublikası Prezidentinin mükafatı

 

“Ədəbiyyat və incəsənət”

(10.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.