Tanınmış teatrşünas Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Sənətşünaslıq elmi bizdə get-gedə tənəzzülə uğrayır. Mədəniyyət sahəsi, xüsusən bu sahənin nəzəriyyəşilik hissəsi gəlir gətirmədiyindən gənclər ora üz tutmurlar. Razılaşın ki, indi ölkədə barmaqla sayılacaq qədər az ədəbiyyatşünas, kinoşünas, teatrşünas, musiqişünas vardır.

Səd əfsus.

 

Kəmalə Məmməd qızı Cəfərzadə 5 avqust 1950-ci ildə Şirvan rayonunda anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatrşünaslıq" fakültəsini bitirib. Bir müddət Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun Teatr və Kino şöbəsində, 1977-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının Nəşriyyat şöbəsində baş redaktor, Yaradıcılıq şöbəsinin baş mütəxəssisi, rəisi, sədrin köməkcisi işləyib.

1998-ci ildən 2014-cü ilə kimi isə məsul katib vəzifəsində işləyib. 2014-cü ildə Azərbaycan Bədii Tərcümə və Əlaqələr Mərkəzində redaktor, sonra isə şöbə müdiri vəzifəsində çalışıb. K.Çəfərzadə dövri mətbuatda teatr sənətinin müxtəlif sahələrindən bəhs edən məqalə, resenziya və portret yazıları ilə cıxış edib. Onun "Teatrda gənç aktyor problemi", "Gülarə Rəsulova", "Zülfidə Babayeva", "Fırtınadan əvvəlki harmoniya" (M.Əlizadə ilə birlikdə) yazılarını nümunə göstərmək olar.

 "Teatrşünas alimin son əsəri" (M.Əlizadə ilə birlikdə), "Bir aktrisa var Bakıda (Sofya Bəsirzadə)", "Həm teatrda, həm kinoda… (Nəçibə Məlikova)", "Hüseynağa Hacıbababəyov", "Heykəltəraş Nəcəf Salamov", "Fars teatr tamaşaları", "Hind teatr tamaşaları", "Balet barədə dialoq və dialoq iştirakcıları haqqında (Rəfiqə Axundova və Maqsud Məmmədov)" və s. yazıları vardır.

"Teatrın baş rəssamı (Əyyub Fətəliyev)", "Meyerxold və Azərbaycan teatrı", "Səhnədə kecən illər (Ulduz Rəfili)", "Respublikamızın yaşıdları – Raxil Ginzburq", "Həsənağa Turabov üçün elegiya", "Sevgi dolu ömür (Firəngiz Şərifova)" və sair yazılarını qeyd etmək olar.

Kəmalə Cəfərzadə bir sıra kitabların, o cümlədən Ə.Nemətzadənin "İsmayıl Dağıstanlı", Barat Şəkinskayanın "Xatirələrim", İ.Rəhimlinin "Kəsişən paralellər", "Bəşir Səfəroğlu", "Aktyora oxşamayan adam", Y.Əlioğlunun "Səhnə rampasının sehri", "Sənət cevrəsinin sakinləri", "Şuşa teatrı", Ə.Cəfərzadənin "Biz Cəfərzadələr" və s. kitabların redaktoru olub.

Xarici ölkələrdə – Türkiyə, Rusiya və Qazaxıstanda kecirilən teatr festivallarında nümayəndə kimi iştirak edib. Kəmalə Cəfərzadə Teatr Xadimləri İttifaqının kecirdiyi irimiqyaslı tədbirlərin: festivalların, yaradıçılıq tədbirlərinin, konfransların təşkilində fəal iştirak edir.

Kəmalə Cəfərzadə 2013-cü ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi adına layiq görülüb.

2018-ci ilin sonundan ağır xəstəliyə düçar olan Kəmalə Cəfərzadə 31 İyul 2019-cu ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.