İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Elə Gəncədə işlədiyizamanailəliolubayrılmış, biroğluolanNüsrəddinadlı imkanlı kişiilə tanış olur. Nəcibə xanımMəlikovailkgündənNüsrəddinə bağlanırvə onunevliliktəklifinə razılıqverir, evlənirlər.
İllər ötür, ömür sona doğru yüyürür, ölümayağındaolandanəvəsisoruşurki, nənə, indiyanındakimigörməkistərdin? Nəcibə xanımyarışüurluvəziyyətdə “YalnızNüsrəddini” – deyib, arzusuna çatmaq üçüngözlərinihəmişəlikyumur.
İlk əvvəl kino aktrisası kimi şöhrətlənib, yaradıcılığının əsas qolu teatr sənəti ilə bağlı olan Nəcibə Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub.
EvinsonbeşiyiolanNəcibə Məlikovanınatası HaşımbəySaqibhəm şair, həmdə Bakınınənməşhurtacirlərindənbiriolub. Bakı şairlərininəsərlərindənibarətalmanaxlardaonunda şeirləridəfələrlə çapolunub, kitabları işıq üzü görüb. Anası Xoşsimaxanımisə komsomolçufəallardanidi. Ancaqqardaşı RuhullaAxundovtutulandansonraXoşsimaxanımındaictimaihəyatınasonqoyulur.
Məlikovlarailəsiniisə “xalqdüşmənininailəsi” adlandırırlar. Bundansonrabütünqapılaronların üzünə bağlanır. AktrisaNəcibə Məlikovanınuşaqlıqdanbircə arzusuvaridi. O, məktəbiqurtarıbTibb İnstitutunadaxilolmaq, həkimişləməkistəyirdi. Lakin “xalqdüşməni”ninbacısı qızı olduğunagörə, arzusu ürəyində qalır.
Bunabaxmayaraq, atası HaşimbəySaqibinziyalı olması, sənətiyaxşı bilməsi övladlarınahəyatdauğurluyolseçməyə köməkedir. Nəcibə xanımınböyükbacısı Nuriyyə MəlikovanəinkiAzərbaycanın, bütün Şərqinilkrəqqasəsikimitanınır. O, dahi ÜzeyirHacıbəyovunansamblında çalışırvə müxtəlifxarici ölkələrdə Azərbaycanı layiqincə təmsiledir.
Nəcibə Məlikovaisə məcburiyyətdən, könülsüzaktrisalığı seçir. 10-cusinfiqurtarandansonrasənədləriniTeatr İnstitutunaverirvə FatmaQədrininsinfinə qəbulolunur. Təhsilinibaşavurangəncaktrisa özarzusuilə Gəncə Teatrınaişləməyə gedir. Bir-birininardıncayaratdığı obrazlardildən-dilə düşür. “Yaşar” tamaşasındaoynadığı Yaqutobrazı isə onunGəncə teatrındaənböyükuğuruhesabolunur.
Gəncə dövründə gəncaktrisaBakıdatəzəcə açılmış Teatr İnstitutunaqəbulolunur. Ədil İsgəndərovdan, RzaTəhmasibdənsənətdərslərialır. Sənətdərslərinigözəlmənimsəyir, alitəhsilalır, MilliDramTeatrındaişləməyə başlayır.
1951-ci ildə ali məktəbi bitirib. Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib. Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin, əsasən, dram əsərlərində və bir qədər də komediyalarında rollar oynayıb.
Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar), "Səyavuş" (Firəngiz), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Şamama cadu), Cəfər Cabbarlının" "Aydın" (Böyükxanım), "1905-ci ildə" (Sona), "Sevil" (Edilya), Mirzə İbrahimovun "Həyat" (Atlas), "Kəndçi qızı" (Ayxanım), İlyas Əfəndiyevin "Büllur sarayda" (Qönçə), "Qəribə oğlan" (Məlahət), Nəbi Xəzrinin "Əks-səda" (Zərifə), "Mirzə Şəfi Vazeh" (Zübeydə), Səməd Vurğunun "Vaqif" (Xuraman) pyeslərinin tamaşalarında çıxış edib.
Kinoda uğurlu rollar yaradıb. Onların arasında "Ögey ana"da Dilarə, "Aygün"də Aygün, "Arşın mal alan"da Cahan xala, "Əhməd haradadır?"da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir. 14 Fevral 1956-cı ildə ilk AzTV-nin efirə çıxan verlişin ilk aparıcısı və ilk diktoru olub.
Nəcibə Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayırdı. Aktrisanın yumorunda da həzin və kövrək lirizm üstünlük təşkil edirdi.
Filmoqrafiya
1. Arşın mal alan
2. Axşam konserti
3. Aygün
4. Bakının işıqları
5. Bizim qəribə taleyimiz
6. Böyük ömrün anları
7. Doğma xalqıma
Mükafatları
1. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
2. "Azərbaycan SSR xalq artisti" fəxri adı
Bakıda 27 iyul 1992-ci ildə vəfat edən Nəcibə Məlikova ikinci Fəxri xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(27.07.2026)


