Teatra xərcələnən upuzun bir ömür Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Düz on iki il əvvəl -13 iyul 2014-cü ildə akytor ƏləddinAbbasovvəfatetdi, Gəncə şəhərFəxrixiyabanındadəfnedildi. O, uzuzn bir ömür yaşadı – tam 92 il.

Və cəsarətlə deyə bilərik ki, bu uzun ömrü büsbütün teatra həsr etdi…

 

Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncə şəhərində doğulub. On beş yaşında Gəncə DDT-nin nəzdindəki aktyor studiyasına qəbul olunub. İki il təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb. 1939-cu ildən aktyor truppasının üzvüdür və yaradıcıhğı yalnız bu kollektivlə bağlıdır.

Gəncə Dövlət Dram Teatrının səhnəsində xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə xanım Veysəlova, Məhəmməd Bürcəliyev, Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, respublikanın əməkdar incəsənət xadimləri Yusif Bağırov, Həsən Ağayev kimi sənət korifeyləri ilə birgə çalışıb.

Yaradıcılığı romantik və realist aktyor məktəblərinin poetika göstəriciləri çərçivəsində formalaşıb. Lirik-psixoloji üslublu tamaşalarda məhəbbət qəhrəmanlarını da bacarıqla oynayıb. Xarakterik səs tembri, ifadəli sifət cifət cizgiləri, cazibəli səhnə görkəmi var. Aktyorluq təhsili yoxdur, lakin yaradıcılığı yüksək peşəkarlıq zəminində formalaşıb.

 "Mən ki gözəl deyildim" (İmran), "Özgə vaxt" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş) və sairə bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu "Dəli Kür" əsərində Cahandar ağa obrazıdır. Aktyor yüzə yaxın personaja səhnə ömrü verib. Onların daha məşhurlarını iki qismə bölüb təqdim etmək olar:

 

Faciə və dram rolları

Aydın, Qurban, Fərhad, Baxşı, İbad ("Aydın", "Solğun çiçəklər", "Nəsrəddin şah", "1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Xanmurad, Ziyad Şahsuvarov, Həsənzadə, Sahib ("Bahar suları", "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən" və "Mənim günahım", İlyas Əfəndiyev), Şükri Cəfəroğlu ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Frayman, Hakim ("Kəllə" və "Demoklsin qılıncı", Nazim Hikmət), Kassio və Otello ("Otello", Vilyam Şekspir)

 

Komediya obrazları

Rövşən, Murad, Kəblə Muxtar, Camal ("Əliqulu evlənir", "Aşnalar", "Küləklər" və "Nişanlı qız", Sabit Rəhman), Həsənağa ("Göz həkimi", İslam Səfərli), Dövran ("Məzəlizadələr", Səttar Axundov), Silvio ("İki ağanın bir nökəri", Karlo Haldoni), Yevgeni Lukaşin ("Həmişə təmizlikdə", Emil Braginski və Eldar Ryazanov), Dəli Domrul ("Dəli Domrul", Altay Məmmədov), Zeynal kişi ("Gəl qohum olaq")

 

Filmoqrafiya

-  Bizi dağlarda axtarın (film, 1976)

- Dəli Kür (film, 1969)

- Dörd bazar günü (film, 1975)

- Əfsanəyə çevrilən adam. Ələddin Abbasov (film, 2013)

- Gəl qohum olaq (film, 2001)

- Gözlə məni (film, 1980)

- Xatirələr sahili (film, 1972)

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 20 may 1958

- "Şərəf nişanı" ordeni — 9 iyun 1959

- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1971

- Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 24 dekabr 1981

- 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 11 mart 1985

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 2003

- "Qızıl Dərviş" mükafatı — 2005

- "Teatr Xadimi" qızıl medalı — 2005

- Milli Kino Mükafatı — 2013.

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.