Yaşasaydı, bu gün Cabir İmanovun 50 yaşını qeyd edərdik Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Elə ölümlər var ki, onlara uzun müddət inana bilmirsən. Cabir İmanovda olduğu kimi. Hələ də YouTube-da səhnəciklərini izləyir, Parni iz Bakunun Heydər Əliyev sarayındakı konsertlərinin lent yazılarına baxır, “Slavyanka” süd və süd məhsullarının reklam çarxlarındakı ifaları gözlərimizə sataşır...

Aramızdan çox tez getdi.

Yaşasaydı bu gün cəmi-cümlətanı 50 illik yubileyini qeyd edəcəkdi...

 

Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1997–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib.

1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. İxtisasları: İqtisadçı, hüquqşünas. 1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyərək, polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlib. DTX Mədəniyyət mərkəzinin rəisi olub.

1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub, 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olub. 2001-ciildən "PlanetParniizBaku" KVNTeatrınınaktyoru kimi fəaliyyətini davam etdirib. 14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. 2020-ci ildə "BYJABA Handmade in Azerbaijan" brendini yaradıb. Brend xüsüsən əl işlərindən ibarət milli üslubda məhsulların istehsalı və satışı ilə məşğul olub.

 

Filmoqrafiya

 

- Etimad telefonu — Tahir

- Bir anın həqiqəti — Əkbər Usubov

- Məhəllə — Elşən (Eliş)

- Məhəllə 2 Moskvada — Elşən (Eliş)

- Tam məxfi — İsrafil

- Məşədi İbad-94 —Qoçu

- Qorxma, mən səninləyəm!

 

Təltif və mükafatları

- Azərbaycan Respublikasının əməkdar artisti

- "Tərəqqi" medalı

- "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı

- "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

- "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi" yubiley medalı

- "Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı

- "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı

- "Azərbaycan Polisinin 95 illiyi" yubiley medalı

- "Azərbaycan Polisinin 100 illiyi" yubiley medalı

- "Hərbi xidmətlərə görə" medalı.

 

29 sentyabr 2025-ci ildə aktyor Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor ürək tutmasından vəfat edib Yasamal qəbiristanlığında dəfn edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.