O, heç vaxt sənətə xəyanət etmədi Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Onun 1992-ciildə çəkdiyi "Bəxt üzüyü" tammetrajlı bədiifilmimüasirkinotariximizə yüksəkbədiikeyfiyyətlivə ənyüksəkkassagəlirigətirənfilmkimidaxilolub. FilmDaşkənddə keçirilənAsiyavə LatınAmerikası ölkələrininənənəvikinofestivalındaxüsusidiplomalayiqgörülüb.

Söhbət Ramiz Əzizbəylidən gedir.

 

Ramiz Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. M. A. Əliyev adına ADİİ-nun mədəni-maarif fakültəsini bitirib. Aktyor, rejissor. "Azərbaycanfilm" kinostudiyasında işləyib. Respublikanın xalq artistidir. 1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə o, rejissorluq fəaliyyətinə başlayıb.

Film bir neçə Beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb. 1991-ci ildə isə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb.

Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissoru olduğu "Yalan" bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 1 avqust 2008-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülüb. 1 avqust 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub

 

Filmoqrafiya

1. 100 - rol: satıcı

2. 777 №-li iş

3. Ad günü

4. 777 №-li müəssisədə

5. Adi əhvalat

6. Axtaran tapar

7. Əhməd haradadır?

8. Arayış

9. Kontor

10. Köhnə bərə

11. Yalan

12. Yanğın

13. Yol əhvalatı

14. Bir nömrəli

15. Yaxşı qurtardıq

16. Hədiyyə

17. Xəbərdarlıq

18. Sübhün səfiri

19. Halal pullar

20. Bağ mövsümü

 

Ramiz Əzizbəylinin həyat hekayətində bəzi məqamlar var ki, onlara diqqət etməyimiz vacibdir.

Ulu babası Əziz bəy çox dövlətli adam olub, gəmiçiliklə məşğul imiş. Abşeronun böyük bir ərazisində meyvə bağları, Bakıda xeyli mülkləri, dəyirmanları olub. Ramiz Əzizbəylinin atası Təzə Pir məscidindəki ruhani məktəbinin əsasını qoyanlardan olub.

Bəy nəslinin, böyük var-dövlətin yeganə varisi olan atası Hacı Ağa ömrünün son illərinə qədər 11 uşaqlı ailəsini "Yasin" oxumaqla dolandırıb. 10 yaşı olanda atası dünyasını dəyişib. Ailənin kiçiyi olduğu üçün anası və bacısı Ramizə hər cür şərait yaradıblar. 190 nömrəli məktəbdə təhsil alıb. Rəsm dərnəyinə də gedib. Qılıncoynatma, üzgüçülük, gimnastika, güləş, futbol, atçılıqla da məşğul olub. Ramiz Əzizbəylinin sənətə gəlişi 1957-ci ildən - 9 yaşından başlayıb. Veriliş və televiziya tamaşalarında azyaşlı aktyor kimi çıxış edib.

İlk dəfə AzTV-nin uşaq redaksiyasında daimi üzv kimi işləməyə başlayıb. Hətta adına müvəqqəti əmək kitabçası da açılıb. Əmək kitabçası müvəqqəti olsa da, redaksiyanın daimi üzvü olub. Azyaşlı olduğu üçün maaşı onun özünə verməyib, poçtla göndərirmişlər.

1959-cu ildə kinostudiyanın dublyaj redaksiyasına cəlb olunub. O vaxta qədər uşaq rollarını da böyüklər səsləndirirdilər. İlk dəfə uşaq obrazlarını səsləndirməyi ona həvalə ediblər. Televiziyadakı, kinostudiyadakı işindən əlavə, "Bənövşə" uşaq xorunda, 26-lar adına Mədəniyyət Evində, indiki T.İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən dram dərnəklərinin üzvü olub.

O vaxt onunla birgə dram dərnəklərində olanlar Ramiz Əzizbəylinin həvəsinə aktyorluq sənətini seçib görkəmli sənətkarlara çevrildilər. Xalq artisti Həsənağa Turabov bu barədə etiraf edir: “Mən başqa sənətin dalınca gedəcəkdim, bax, bu Ramizə baxıb aktyorluğu seçdim”.

Məktəbi bitirəndən sonra sənədlərini İncəsənət Universitetinə versə də, ixtisas fənnindən kəsilib. Bu məsələ onu çox sarsıdıb. Könüllü əsgər getməyi qərara alıb. Tiflisdə hərbi tibb məktəbi əla qiymətlərlə bitirəndən sonra təyinatla Ermənistanın Leninakan şəhərinə yollanıb. Oranın tibbi-sanitar hissəsinin baş tibbi təlimatçısı işdən çıxdığı üçün onu bu vəzifəyə təyin ediblər. Ramiz Əzizbəyli səkkiz ay bu vəzifədə işləyib. Ermənilərin isə onu gözü götürməyib. Hətta onu öldürmək istəyiblər. Bu barədə müsahibələrinin birində deyir: “Ermənilər qorxurdular ki, oradakı azərbaycanlılar birləşib bir qüvvəyə çevrilərlər. Hərbi hissədə Qubadan olan bir əsgər də var idi. Bir gün o, möhkəm sancılandı. Başa düşdüm ki, təcili əməliyyat olunmalıdır. Mərkəzi xəstəxanaya çatdırmaq üçün raport yazıb icazə istəməyə vaxt qalmamışdı, ölə bilərdi. Onda maşını icazəsiz götürüb oğlanı xəstəxanaya çatdırdım. Məni həm mükafatlandırdılar, növbədənkənar məzuniyyət verdilər, həm də cəzalandırdılar - məzuniyyətdən qayıdandan sonra 72 saat nəm sementin üstündə yatmalı oldum. Səbəb kimi də maşını icazəsiz götürməyimi göstərdilər. Əslində isə bu, bəhanədən başqa bir şey deyildi. Onları qıcıqlandıran o idi ki, bir azərbaycanlı o birini xilas edib”.

“Bəxt üzüyü” filminə Ramiz Əzizbəyli həyat yoldaşı Zümrüd xanımı çəksə də, sonradan o, çəkilən hissələri montaj edir. 2006-cı ildə çəkdiyi "Yalan" bədii filmi Qarabağ müharibəsi mövzusunun ən uğurlu ekran həllindən biri hesab oluna bilər.

Ramiz Əzizbəyli aktyor kimi "Dərviş Parisi partladır", "Şeytan göz qabağında", "Gümüşgöl əfsanəsi", "Kişiləri qoruyun", "Bağ mövsümü", "Bəxt üzüyü", "Bəyin oğurlanması" filmlərində rol alıb. "Hacı Zeynalabdin Tağıyev", "Qızıl Buta" mükafatları laureatı olan Ramiz Əzizbəyli Azərbaycan radiosunda "Gəl, səhərim" verilişinin aparıcılarından biri olmaqdan savayı, ictimai işlərlə də məşğul olub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.