"Məsmə xala dayımdır" tamaşası ilə debüt Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Onu Space TV-dən - "Kim nə bacarır" proqramından tanıdım. Sonra Planet Parni iz Baku səhnəsində lap parladı. Daha çox komedik aktyora çəkirdi, bu sahədə uğurları bol oldu. Düzdür, son vaxtlar deyəsən fəallı\ı azalıbdır, bununla belə, bu gün doğum günüdür, 49 yaşı tamam olur.

Odur ki, haqqında danışılmağı haqq edir Əkbər Əlizadə.

 

Əkbər Əlizadə 23 may 1977-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatr və kino fakültəsini aktyor ixtisası üzrə, 2000-ci lidə həmin universitetin magistratura şöbəsini teatrşünaslıq ixtisası üzrə bitirib. 2000–2001-ci illərdə hərbi xidmət keçib.

1994-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə daxil olub. İlk dəfə 1987-ci ildə 10 yaşında Azərbaycan televiziyasının "Qırmızı qərənfil" mahnı və rəqs ansamblında çıxış edib. 7 il həmin ansamblda müğənni kimi fəaliyyət göstərib. Sonralar həmin televiziyanın keçirdiyi "Sübh şəfəqləri" musiqi müsabiqəsində birinci yerə layiq görülüb.

Teatrda işlədiyi müddət ərzində R. Mustafayev və C. Məmmədovun "Məsmə xala dayımdır" əsərində Elgün, İ. Kalmanın "Tsıqan premyer" əsərində Muştard, F. Leqarın "Vesyolaya vdova" əsərində Sen De ş, Q. Qarayevin "Neistovıy Qaskonets"ində Qasqoniyalı, Ü. Hacıbəyovun "O olmasın, bu olsun"unda İntiliget Həsən, "Ər və arvad"ında Səfi, "Arşın mal alan"ında Süleyman, R. N. Güntəkinin "Bir günlük siğə"sində Xəlil obrazlarını yaradıb.

1997-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında S. Vurğunun "Fərhad və Şirin" tamaşasında Şiruyyə rolunu oynayıb. 1994–2000-ci ilə qədər xalq artisti Cənnət Səlimovanın rəhbərlik etdiyi Bakı Kamera teatrında aktyor kimi çalışıb. 1995-ci ildən dövlət səviyyəli konsert və tədbirlərin aparıcılarından biridir. 2000–2006-cı illərdə Dövlət Filarmoniyasında da aparıcı vəzifəsində işləyib.

2003-cü ildə Space kanalında "Meloman" verilişinin, 2006–2007-ci illərdə "Azəristar" müsabiqəsinin aparıcısı olub. 2006-2013-cü illərdə Planet Parni İz Baku KVN Teatrının aktyoru olub. "Axtaran Tapar" konsertindən "Hər Gün Sirk" konsertinə qədərki konsertlərdə aktyor olub. 2008-ci ildə Xəzər telekanalında "Gülüş ulduzu" müsabiqəsinin və "komediya səhnəsi" verilişinin aparıcısı olub.

2008-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 9 may 2024-cü ildə, 8 may 2025-ci ildə və 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülüb. 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adını alıb.

2009-cu ildə Space TV-də "Kim nə bacarır" layihəsində münsif və aparıcı, 2011-ci il yanvar ayından 2013-cü ilin iyuluna kimi isə "Hər səhər" proqramının aparıcısı olub.  Eyni zamanda "Xəzər" televiziyasının istehsal etdiyi "Qaynana" teleserialında çəkilib. ATV-də yayımlanan "Qorxma mən səninləyəm" proqramının aparıcısıdır.

 

Filmoqrafiya

- Mənim ömür nəğmələrim

- Yumurta

- Mükafat

- Kişiləri qoruyun

- Komediya səhnəsi

- Qayınana

- Vəkil hanı?

- 3 bacı

- Qız atası

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.