İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
O, 1982–1989-cuillərdə Naxçıvan şəhərində fəaliyyətgöstərən "Cavid" PoeziyaTeatrınınyaradılmasınanailoldu. Teatrsəhnəsində oynanılan üç tamaşadansonraovaxt üçün çoxböyükhesabolunanLeninKomsomolumükafatı laureatı adınalayiqgörüldü. Bu, çox nüfuzlu bir mükafat idi və onu hər adama da vermirdilər..
Haqqında danışdığım Əsədov Vaqif Firudin oğlu 5 aprel 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu il may ayının 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indi ki,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb.
V. Əsədov hələ aktyor kimi işləyərkən yadda qalan bir çox obrazlar yaradıb. Rejissor kimi onun Naxçıvan teatrında hazırladığı "Elektra" tamaşası uğurlu tamaşa kimi vaxtı ilə Moskva televiziyası ilə nümayiş etdirilib.
Mərhum aktrisa Zemfira Əliyevanın həyat yoldaşı, Rejissor, aktyor Rüfət Əsədovun əmisioğludur.
Naxçıvan Dövlət Musiqili Dram Teatrında quruluş verdiyi tamaşalar:
- "Mənim nəğməkar bibim" — (Ə. Əylisli)
- "Qiymətli qafiyələr" — (Ə. Əylisli)
- "Əlincə qalası"-(Həmid Arzulu)
- "Bir cüt bədmüşk ağacı" — (Ə. Əylisli)
- "Qarağaclar altında məhəbbət." — (Yucin Onil)
- "Elektra" — (Sofokl)
- "Sükut divarı" — (Paolo Messini)
- "Bəxt üzüyü."- (Vaqif Səmədoğlu)
1989-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib, V. Əsədovun Dövlət Gənc Tamaşaçılar teatrında hazırladığı İ. Coşğunun "Açıl, bənövşəm açıl", A. Həsənzadənin "Mağara", "Oxu bülbül" kimi əsərlər gənclərin sevdiyi tamaşalara çevrilib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında hazırladığı tamaşalar:
1. "Açıl, bənövşəm açıl" — (İ. Coşgun)
2. "Mağara" — (A. Həsənzadə)
3. "Oxu bülbül" (A. Həsənzadə) (azərbaycan bölməsi)
4. "Ana laylası" — (İ. Coşgun)
5. "Məhv olmuş gündəliklər" — (İ. Əfəndiyev) (rus bölməsi)
6. "Adsız" — (F. Mustafa) (rus dilində)
7. "Oliver Tvistin macəraları" — (Ç. Dikkens)
Rejissor həmçini Akademik Milli Dram Teatrının səhnəsində "Burlaxatun"(N. Xəzri) və İrəvan Dövlət Dram Teatrın səhnəsində "Məhəbbət yaşayır hələ" (Hidayət), Azərbaycan Dövlət Akademik Musiqili Teatrı səhnəsində "Qar çiçəyi" — (Y. Abramov, L. Bəyim) tamaşalarına quruluş verib. Rejissorun yaradıcılığı yalnız teatr tamaşaları hazırlamaqla məhdudlaşmayıb, o, eyni zamanda bir sıra irimiqyaslı Dövlət səviyyəli tədbirlərin quruluşçu rejissoru və ssenari müəllifi olub.
Belə tədbirlərdən C. Məmmədquluzadənin 120 illiyi, C. Məmmədquluzadənin 150 illiyi, H. Cavidin 120 illiyi, Zərifə Əliyevanın 80 illiyi, Heydər Əliyevin 80 illiyi, S. Vurğunun 100 illiyi, Həsən Turabovun 80 illiyi , "Yeni teatr" gənc rejissorların ümumrespublika festivalının açılış və bağlanış mərasimlərini, Gənclər Festivalı çərçivəsində "Tarixin canlı səhifələri"ni qeyd etmək olar.
I Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı çərçivəsində Maqsud şair Leyla Bəyim və Yefim Avramovun müəllifi olduğu "İmmolatio" ("Qurbanvermə") tamaşasına, II Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı çərçivəsində "LEYLA. FONS VITAE" poeziya tamaşasına quruluş verib
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 10 yanvar 1978
- "Şərəf nişanı" ordeni — 1986
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 16 may 2006
- Prezident mükafatı — 2002–2004
- Azərbaycan Respublikası Prezidentinin təqaüdü — 15 may 2006-cı ildən.
- 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub
Vaqif Əsədov 19 may 2022-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(19.05.2026)


