“Məktəbdə keçirilən bütün tədbirlərdə iştirak edirdim, səhnəyə çıxmaq ürəyimcə idi…” Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

-Ailə qurandadasənət, yadaailə seçimiqarşısındaqalmamısınız, deyəsən...

-Mənistənilənansənətiailəmə qurbanverməyə hazıram. Çünkiinsan üçün, xüsusəndə qadın üçünbirinciyerdə ailədir. İnstitutubitirəniliailə qurdum. Yoldaşımsənətkarailəsindənolduğu üçünsənətimlə bağlı heç birproblemlə üzləşmədim. Özü də yoldaşımlaailə həyatımızı qurmağasıfırdanbaşladıq. İkioğlumuboya-başa çatdırmaq üçündüzonilkaryeramdanaralanmalı oldum. 95-ciildə teatraqayıtdım

 

Mətanət Atakişiyeva 16 may 1962-ci ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən də Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. Bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. Bundan başqa aktrisa bir neçə teletamaşada və filmdə çəkilib.

M. Atakişiyeva 2002-ci ildə Azərbaycan Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2013-cü ilin mayında teatr sahəsindəki xidmətlərinə görə "Humay" milli mükafatını alıb.

6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə, 9 may 2024-cü ildə, 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülüb.

 

Əsas rolları

- İblis (H. Cavid) — qaraçı

- Atabəylər (N. Həsənzadə) — kəniz

- Sehrli alma (Y. Lada) — dayə

- Nişanlı qız (S. Rəhman) — Qəmər

- Od gəlini (C. Cabbarlı) — 2-ci qız

- Ah, Paris… Paris!.. (Elçin) — Gülər xanım

- Vaqif (S. Vurğun) — Gülnar

- Torpağa sancılan qılınc (N. Xəzri) — Gönçəqız

 

Filmoqrafiya

- Gümüşgöl əfsanəsi — rol: Nərgiz

- Ordan-burdan — rol: Rənanın rəfiqəsi

- Dəvətnamə — rol: Firuzə

- Tənha durna uçuşu

- Cavid ömrü

- Absurdistan — rol: polisin arvadı

 

Samirə Behbudqızının aktrisa ilə müsahibəsinin bəzi məqamlarına diqqət edək.

-Sənətinizə həvəs nə vaxt yaranıb?

-Uşaqlıqdan bu sənətə həvəsim var idi. Məktəbdə keçirilən bütün tədbirlərdə iştirak edirdim, səhnəyə çıxmaq ürəyimcə idi. Mən Bakının Buzovna kəndindənəm. Bakı teatrlarının truppaları tez-tez oradakı Mədəniyyət Sarayının qonağı olurdular. Mən də bütün tamaşalara gedib baxırdım. Bütün bunlara baxmayaraq, ailəmizdə heç kimin ağlına gəlməzdi ki, mən bu sənəti seçəcəm - bizim ailədə hamı həkimdi, ona görə elə bilirdilər ki, mən də həkim olacam.

Məktəbi bitirən ili böyük bacımla şəhərə, sənədlərimizi verməyə gəldik. Və artıq həmin anda mən niyyətimi açıqlayıb bacıma dedim ki, sənədlərimi İncəsənət İnstitutuna vermək istəyirəm. Bacım gördü ki, fikrim qətidir, heç nə demədi. Evə gələndə də valideynlərimizə dedi ki, mən bilmirəm, özü o institutu seçdi. Əlbəttə, hamı mənim peşə seçimimə təəccübləndi, amma kəskin reaksiya olmadı. Atam dedi ki, qızım bu sənəti seçibsə, deməli, düzgün qərardır, peşman olmayacaq.

Daha bu xeyir-duadan sonra ürəyim tamam rahat oldu. Sonralar da ailəm həmişə mənim sənətimlə maraqlanıb, hər bir uğuruma sevinib. Üçüncü kursda oxuyanda məni Sumqayıt Teatrında Kleopatra rolunda çıxış etməyə dəvət elədilər. Amma mən belə mürəkkəb obrazı canlandırmağa özümü hazır görmədim, təklifi qəbul etməyə qorxdum. İnstitutu bitirəndə həm Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışmaq perspektivim var idi, həm də Akademik Milli Dram Teatrında. Mən buranı seçdim.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.