İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
O, görkəmli kinorejissorOqtayMirqasımovunqızı, AMEA-nınilkprezidenti, tibbelmləridoktoruMir ƏsədullaMirqasımovunnəvəsi, Azərbaycanheykəltaraşı, AzərbaycanSSRxalqrəssamı MirələsgərMirqasımovunqardaşı qızıdır. Belə bir nəslin nümayəndəsi olmaq, əlbət ki öz sözünü deyib.
Ayan Oqtay qızı Mirqasımova (Ayan Mirqasım) 5 may 1969-cu ildə Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbini bitirib (1986). Moskvada ÜDKİ-nin kino və teatr aktyorluğu ixtisasında (Aleksey Vladimiroviç Batalovun sinfində) təhsil alıb (1986–1990). 1991-ci ildən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. Teatrda aktrisalıqla yanaşı xoreoqrafiya quruluşlarını da verir. Xarici film istehsalçılarının filmlərində də çəkilib: "Kiçik" (1993, Özbəkfilm, rej: Rano Kubayeva) və "Yelləncək" (2005, NTV, Rusiya, serial, rejissor: Vyaşeslav Nikiforov) filmlərində yer alıb.
"Apofiqey — 99" teatr mükafatı tamaşaçı rəğbəti nominasiyası, I Beynəlxalq Madrid Kinofestivalında "ən yaxşı qadın rolu" mükafatı, XII Beynəlxalq Daşkənd Kinofestivalının "qızıl zanbaq", MDB və Baltrikyanı ölkələrin Açıq Kinofestivalının "Qorqipiya" mükafatı laureatı, "Humay" mükafatçısıdır. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 31 iyul 2017-ci ildə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülüb
13 dəfə Prezident Mükafatına layiq görülüb.
Filmoqrafiya
- İnsanlar, atlar, təkərlər (film, 1979) — rol: Uşaq
- Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980) — rol: Nailə
- Ötən ilin son gecəsi (film, 1983) — rol: Dilarə
- Avqust gələndə (film, 1984) — rol: Nailə
- Araqarışdıran (film, 1987) — rol: Rəna
- Özgə vaxt (film, 1996) — rol: Leyla
- Otel otağı (film, 1998) — rol: Rəna
- Nə gözəldir bu dünya... (film, 1999) — rol: Səbinə
- Yuxu (film, 2001) — rol: Bahar
- Ovsunçu (film, 2002) — rol: Mədinə
Samirə Əşrəfin aktrisayla müsahibəsinin bəzi məqamlarına diqqət edək.
– Bizim çox korifey aktyorlarımız olub ki, onlar pedaqoji fəaliyyətlə məşğul olmaqdan qaçıblar. Buna artıq, əlavə iş kimi baxıblar. Siz pedaqoji fəailyyətlə məşğulsunuz. Universitetdə dərs deyirsiniz. Müəllimlik sənəti aktyora nə verir və ondan nələri alır?
– Bu bir az xarakterə bağlı məsələdir. Aktyorlar bir az özlərinə arxayın olmalı, güvənməlidir. Elə məşhur aktyorlar, solistlər var ki, onlar narsistdirlər. Buna görə də bu adamlar müəllim kimi işləyə bilmirlər. Onlara uşaqlarla ünsiyyət qurmaq çətindir. Mən universitetdə atamın yanında assisent kimi işləyərək müəllimliyi öyrənmişəm. Dörd il onun yanında oturub müşahidələr etmişəm, təcrübə qazanmışam. Onda mənim aktyor olmaq fikrim yox idi.
– Neçə yaşınız vardı?
– 33 yaşım vardı. Aradan on yeddi il keçib. Məni ştata da götürməmişdilər. Sadəcə atama kömək edirdim. Zaman keçdikcə, gördüm ki, məndə alınır. Sonra mənə kurs da verdilər, tələbələrlə ünsiyyət gözəl alındı, imtahanlar yaxşı keçdi. Tələbələrlə dərs maraqlı prosesdir.
– Nəyi maraqlıdır?
– Mənə nə keçilmişdisə, nə öyrənmişdimsə, hamısı yadıma düşdü. Stanislavski məktəbini yenidən oxudum. Birinci, ikinci kursda oxuduğum kitablara yenidən qayıtdım. Aktyorluq peşəsinə yeni baxışla yanaşdım. Kənardan bu peşəni izləməyə başladım. Yeni kəşflər etdim. Özüm də yeni şeylər yaratmağa başladım. Elə kurs var ki, onlar üçün klassik əsərlər vacibdir. Bəziləri isə baxıram ki, müasirliyə, modernliyə can atırlar.
– Evinizdə çoxlu kitablar var. Kimləri oxuyursunuz?
– Mənim anam da, bacım da filoluqdular. Bacım uşaqlıqdan kitab oxuyurdu. Mən isə yox. Musiqi, xoreqrafiya üzrə daha çox vaxt keçirirdim. Amma dördüncü sinifdən sonra anam mənə təsir etməyə başladı. İlk oxuduğum kitab da Aleksandr Dümanın “Üç muşketyor” romanı olub. O roman xoşuma gəldi, anama dedim, bəs sonra nə oxuyum? Sonra artıq Bayron, Balzak, rus yazıçılarının əsərləri gəldi.
Əsas mütaliə dövrü altıncı sinifdən başladı. Teymurçin müəllimin həyat yoldaşı Səlimə xanım mənim ədəbiyyat müəllimim olmuşdu. O, da məni çox yaxşı istiqamətləndirdi. VQİK-də oxuyan zaman filmlərə baxmağa başladım. O zaman artıq filmlər əsasında çəkilən əsərləri oxumağa başladım. Cek Londonun, Heminqueyin əsərlərini oxuduğumu xatırlayıram.
– Ən çox sevdiyiniz əsər hansıdır?
– Heminqueyin “Qoca və dəniz” əsəri ən sevdiyim əsərdi. Amerika ədəbiyyatını da çox sevirəm. Rus Dram Teatrına gələndə, artıq rus ədəbiyyatı ilə tanış oldum. “Hərb və sülh” filminə baxdım, əsərini sonra oxudum. Müəyyən yaş dövründən sonra artıq fəlsəfi əsərlərə meyl etdim. Bu kimik, bu dünyaya niyə gəlmişik, niyə yaşayırıq kimi sualları əsərlərdə, yazıçıların, şairlərin əsərlərində axtarmağa başladım. Nəsimini oxudum. “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinin mahiyyətini anlamağa çalışdım. Cəlaləddin Rumi haqqında bir kitab oxudum, o da çox təsir etmişdi mənə. Onun sufiliyə keçidinin üç mərhələsi (şəriət, həqiqət, məhəbbət) ilə tanış oldum. Nəsimi də böyük sufi olub. Amma dünyagörüşünə, fikirlərinə görə onu bağışlamadılar.
– İnsan nə zaman xoşbəxtliyini itirir?
– Ümid tükənəndə, inam itəndə, məhəbbət yox olanda xoşbəxtlik də bitir. Bəzi adamlar deyir ki, xəyanət məni bədbəxt etdi. Xəyanət nədir ki? İsa peyğəmbəri ən yaxın dostu, tələbəsi satır. Özü də öpüşlə satır. Və yaxud da Habil və Qabil rəvayəti xəyanətin göstəricisidir. Ona görə də ümid, sədaqət, sevgi insan həyatı üçün xoşbəxtlikdir.
“Ədəbiyyat və incəsənət”
(05.05.2026)


