İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
AzərbaycanSSRxalqartisti Əjdər İbrahimovunyazıçı İsaHüseynovunssenarisiəsasında çəkdiyi "İyirmialtılar" filmiSovetkinosununənqiymətliəsərlərindənhesabolunub. BufilmMoskvadakeçirilən Ümumittifaqfestivalında "Qızılbudaq" mükafatınalayiqgörülüb. Düzdür, ideologiya dəyişib, indi o vaxtkı qəhrəman sayılan iyirmialtılar düşmən hesab edilirlər. Bununla belə, sənət sərhəd və siyasət tanımaz.
Əjdər İbrahimov 29 aprel 1919-cuildə Aşqabaddadünyayagözaçıb. Burada da orta təhsil alıb. 1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil alaraq Sergey Yutkeviç və Mixail Rommun sinfini bitirib.
İkinci dünya müharibəsinin iştirakçısı olub. 1952-ci ildə yenidən Aşqabada — "Türkmənfilm"ə qayıdıb. Burada "Firuzə", "Xəzərin şərqində" və s. filmlərə quruluş verib. 1954–1959-cu illərdə Bakı kinostudiyasında işləyib.
1955-ci ildə Lətif Səfərovun quruluş verdiyi "Bəxtiyar" və Tofiq Tağızadənin "Görüş" filmlərində ikinci rejissor işləyib. Bakı Kinostudiyasında quruluşçu rejissor kimi ilk böyük işini 1957-ci ildə reallaşdırıb və "Mosfilm"lə bu studiyanın birgə ekranlaşdırdığı "Bir məhəlləli iki oğlan" filminə İlya Qurinlə birlikdə quruluş verib.
1958-ci ildə "Onun böyük ürəyi" filmini çəkib. Bu filmin ssenarisini yazıçı İmran Qasımov qələmə alıb. Film Sumqayıt haqqında, burada gedən nəhəng quruculuq işləri barədə olub. Süjetdə Böyük Vətən müharibəsi, ondan əvvəlki və sonrakı dövrlər əhatə edilib. Burada rejissor özü də Rəsulov rolunda çəkilib.
Bu filmə tamaşa edən Vyetnam mədəniyyət xadimləri Sovet İttifaqının müvafiq qurumlarına müraciətlərində rejissorun Vyetnam kinematoqrafiyasının formalaşdırılmasına yardım üçün onların ölkəsinə göndərilməsini xahiş ediblər.
O da gedib, Hanoyda açılan Kino məktəbinə minlərlə vyetnamlı ərizə verib. Vyetnamda kino sənəti təzəcə ayaq açmağa başlayıb. Bir neçə sənədli film çəkilib. Burada ancaq Yaponiya və Fransanın filmləri göstərilirdi. Ancaq indi rejissrumuzun hesabına Vyetnamın öz kinosu yaradılıb.
Əjdər İbrahimov Vyetnamın əksər rayonlarını gəzib. Bu xalqı, onun adət-ənənələrini öyrənib. Kino məktəbi üçün uşaqlar toplayıb. Seçmə yolu ilə bu məktəbə 53 nəfər tələbə qəbul olunub. Təhsildən sonra onların hamısına — Vyetnamın ilk peşəkar kinoaktyor və rejissorlarına diplomlar verilib.
Beləliklə, 1959–1962-ci illərdə Vyetnam Demokratik Respublikasında ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edib. Əjdər İbrahimovun bədii rəhbərliyi ilə "İki əsgər", "Acgöz quş", "Bir payız günündə" filmləri yaradılıb.
Bakıya qayıtdıqdan sonra o burada "İyirmialtılar" filminin istehsalına başlayıb.
Bir az sonra isə Əjdər İbrahimov həmin filmin davamı kimi "Ulduzlar sönmür" tarixi kino əsərini yaradıb. Bu film Nəriman Nərimanovun həyat və fəaliyyətini əks etdirir. Ə.İbrahimov sonralar "Mosfilm"də rejissor kimi öz fəaliyyətini davam etdirib. Onun "Ürək əhvalatları", "Məhəbbətim mənim, kədərim mənim" ("Azərbaycanfilm"lə birgə) filmləri rejissorun şöhrətini daha da artırıb.
Əjdər İbrahimov bir neçə kitabın da müəllifidirː
1. "Vyetnamda gördüklərim"
2. "Günəş ağlayır"
3. "Döyüşən Vyetnamın kino sənəti"
4. "Tai qəbiləsindən olan qız"
Filmoqrafiya
1. Firuzə
2. Xəzərin Şərqində
3. Bir məhəllədən iki nəfər
4. Onun böyük ürəyi
5. İyirmialtılar
6. Ulduzlar sönmür
7. Ürək Məsələləri
8. Qayınana
9. Məhəbbətim mənim, kədərim mənim
Mükafatları
1. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
2. "Azərbaycan SSR xalq artisti" fəxri adı
3. "SSRİ xalq artisti" fəxri adı
4. "Türkmənistan SSR əməkdar incəsənət xadimi" fəxri adı
5. "Qırmızı əmək bayrağı" ordeni
6. "Xalqlar Dostluğu" ordeni
7. "Şərəf nişanı" ordeni
8. "Əmək" ordeni (Vyetnam Demokratik Respublikası)
Əjdər İbrahimov 20 sentyabr 1993-cü ildə Moskvada vəfat edib, Bakıda Fəxri Xiyabanda dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(29.04.2026)


