Bığ əhvalatı – Xalq artisti Ağahüseyn Cavadovun doğum günüdür Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Teatr elə bir sahədir ki, səni ya tam özünə çəkir, ya da ona biganə olursan. Orta mövqe sərgiləmək qeyri mümkündür. 200-dən artıq səhnə obrazı yaratmış, 10-a qədər filmdə komik və ciddi rollar ifa etmiş Ağahüseyn Cavadovu da teatr lap uşaqlığından heyran edibmiş...

 

Ağahüseyn Cavadov 22 aprel 1894-cü ildə Bakının yaxınlığındakı Xırdalan qəsəbəsində doğulub. Əvvəl mollaxanada təhsil alan Ağahüseyn 1919-cu ildə Səadət məktəbini bitirib, lakin daha sonra Ağahüseyn Cavadov maddi çətinliklər səbəbindən təhsilini davam etdirə bilməyib və ailəsini dolandırmaq üçün tacir yanında işləyib.

İşləməklə bərabərimkantapankmiteatrsəhnələrində göstəriləntamaşalarabaxmağagedənAğahüseynCavadovsevdiyiaktyorlarınifasınaheyranqalır. Nə zamansaonlarlabirgə səhnəyə çıxacağını arzuedir. 1920-ciildə AzərbaycanHərbiKomissarlığınınSiyasi İdarəsininyaratdığı teatrınAzərbaycanbölməsində aktyorkimifəaliyyətə başlayır.

Bölməyə SidqiRuhullarəhbərlikedir. AğahüseynCavadovhəminteatrdasəhnəyə qoyulan ƏbdürrəhimbəyHaqverdiyevin "Bəxtsizcavan", "Achəriflər", SoltanməcidQənizadənin "Xor-xor", "Dursunəlivə ballıbadı", MirmahmudKazımovskinin "MollaCəbi", "Daşım-daşım" pyesvə vodevillərinintamaşalarındaiştirakedir.

Sonra Tənqid-Təbliğ Teatrında işə başlayıb. "Çin tanrısı", "Fırtına", "Ovod", "Anamın kitabı", "Qanlı səhra", "Bəxtsiz cavan", "Paris Noterdam kilsəsi", "Romanovların son günləri", "Namus" tamaşalarında oynayıb. O, 1938-ci ildə yenicə təşkil edilən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunur.

Cavadov burada "Ər və arvad", "Əlli yaşında cavan", "Beş manatlıq gəlin", "Arşın mal alan", "Toy kimindir", "Evli ikən subay" tamaşalarında oynayıb. Onun "Bəxtiyar", "O olmasın, bu olsun", "Bir qalanın sirri", "Qızmar günəş altında", "Sehirli xalat", "İstintaq davam edir", "Şərikli çörək", "Əhməd haradadır?" filmlərində yaratdığı rolları kino tarixinin qiymətli obrazlarıdır.  Eyni zamanda Ağahüseyn Cavadov bədii əsərlərin bir çoxunun efirdə səsləndirib.

O, ömrünün 60 ildən çoxunu səhnəyə vermiş və 200-dən artıq səhnə obrazı yaradıb. Teatr sənətinə tələbəlik illərindən maraq göstərən, bəzi tamaşalarda sözsüz və epizod rollara çıxmış (müxtəlif truppalarda) Ağahüseyn Cavadov 1920-ci ilin iyunundan müəyyən fasilələrlə (arada 1942-ci ilə qədər Bakı Türk İşçi Teatrında və Musiqili Komediya Teatrında aktyorluq edib) Milli Dram Teatrında işləyib.

 

Filmoqrafiya

1. Bəxtiyar

2. Görüş

3. O olmasın, bu olsun

4. Qızmar günəş altında

5. Kölgələr sürünür

6. Bir qalanın sirri

7. Əhməd haradadır?

8. Sehrli xalat

9. İstintaq davam edir

10. İyirmialtılar

11. Əzim Əzimzadə

12. Mən ki gözəl deyildim

13. Bizim Cəbiş müəllim

14. Şərikli çörək

15. Hörmətli alim yoldaşlar

16. Ağasadıq Gəraybəyli

17. Bakıda küləklər əsir

18. Dörd bazar günü

19.  Qərib cinlər diyarında

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- "Qırmızı əmək bayrağı" ordeni

- 2 dəfə "Şərəf nişanı" ordeni

 

Aktyor müsahibələrinin birində öz yaradıcılığı haqqında deyir:

"İstedad anadangəlmə olur. Elə ilk dəfə səhnəyə çıxanda başa düşdüm ki, teatra həvəs göstərmək, istedad azdır. Sənətdə qalmaq üçün özünə qarşı yüksək tələbkarlıq və işdə inad göstərmək də vacibdir. Səhnədə mənim müəllimlərim Sidqi Ruhulla, Mirzağa Əliyev və Hacıağa Abbasov oldular. Onlar mənə rol üzərində işləməyi, bu sənətin ifadə vasitələrindən peşəkarcasına istifadə etməyi öyrətdilər".

Teatrşünas İlham Rəhimli "Səhnəsiz gülüş" kitabında olmuş bir əhvalat barədə yazır:

"Dram Teatrında rejissor Mehdi Məmmədovun quruluşunda Mehdi Hüseynin "Alov" pyesinin tamaşası oynanırmış. Fasilədə aktyorlar bufetdə çay içirlər. Tamaşadakı Bədəl rolunun ifaçısı, Xalq artisti Mustafa Mərdanov taxma bığ ona mane olduğu üçün çıxarıb yanına qoyur. İkinci pərdə başlayır. Gedəndə bığı götürməyi unudur. Xalq artisti Ağahüseyn Cavadov da onunla birgə süfrə arxasında oturubmuş. O, Mustafa Mərdanovun bığı yaddan çıxardığını görür, ancaq bir söz demir. Onlar səhnəyə çıxhaçıxda Ağahüseyn Cavadov istehza ilə gülərək deyir:

-Mustafa, bığın qaldı bufetdə. Mehdi müəllim səni bığsız görüb alnına yağlı töhmət yapışdıracaq.

Mustafa Mərdanov özünü itirmir. Baxır Ağahüseyn Cavadovun üzünə və qəfildən onun taxma bığını qoparıb tez yapışdırır özünün bığ yerinə. Cəld addımlarla səhnəyə gedir. Ağahüseyn Cavadov çaş-baş qalır. Əvvəlki, epizodlarda onu bığlı görmüş tamaşaçılarda gülüş doğuracağından qorxub səhnəyə də çıxmır. Səhəri gün teatrın bildiriş və elanlar lövhəsində "Alov" tamaşasının gedişində səhnə etikasını pozduğuna görə xalq artisti Ağahüseyn Cavadova şiddətli töhmət verilsin" elanı asılır".

Ağahüseyn Cavadov ailəsində də çox sadə və mehriban insan olub. Nəvəsi Rasim Cavadov babasını belə xatırlayır:

"Babam özü varlı olmasa da, dövlətli bir ailənin qızıyla evlənmişdi. Onun həyat yoldaşı Surat xanımın atasının Bakının Sabunçu kəndində və indiki Mirzağa Əliyev küçəsində çoxlu mülkləri var imiş. Onların hamısı müsadirə edilməmişdi. Nənəmlə babamın yeddi övladı - üç qızı və dörd oğlu olub. Qızlarından biri gənc yaşında vəfat edib. Mən həmin bibimi görmədim. Amma ailəmizdə bu nakam gənc qızın itkisini nənəmin və babamın bitməyən dərdində, kədərində hiss edirdim. Altı uşağı isə nənəmlə babam evləndirmiş, hamısını ev-eşik sahibi etmişdilər. Surat nənəm əlli yeddi yaşında dünyadan köçdü. Babam ondan sonra uzun illər yaşadı. Evlənmədi".

Ağahüseyn Cavadov sağlam adam olsa da, ömrünün son illərində şəkər xəstəliyinə mübtəla olur. 19 iyun 1981-ci ildə Bakıda vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.