Quliyevlər ailəsinin iki dahisindən biri Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycanınəngörkəmlibəstəkarlarındanbirinin Tofiq Quliyevin oğlu olan Azərbaycanın ən görkəmli rejissorlarından biri – Eldar Quliyev.

O, atası haqqında danışanda onun yalnız adını çəkir, Tofiq deyə müraciət edir. Özünün dediyinə görə, məktəbdə oxuyanda atası Moskvada oxuyur, həm də işləyirmiş. Eldar Quliyevi nənəsi saxlayıb. Atası Bakıya qayıdıb ev alanda isə Eldar Moskvaya oxumağa gedib. Onların yolu öz təbirincə desək, bir gəlməyib. Eldar Quliyev atasını da, anasını da adları ilə çağırıb, nənəsinə isə ana deyib. Onun nənəsi məşhur dövlət xadimi Ayna Sultanovanın bacısı olub.

 

Bu gün görkəmli rejissor, Xalq artisti Eldar Quliyevin anım günüdür.

Eldar Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. 1960–1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil təhsil alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. "Biri vardı, biri yoxdu…" adlı ilk qısametrajlı filmini çəkib.Kifayət qədər bədii və sənədli filmin müəllifidir. Kifayət qədər bədii və sənədli filmin müəllifidir.

VQİK-də oxuyan zaman Eldar Quliyev o dövrün tələbə məzunlarından olan Andrey Tarkovski, Konçalovski, Mixalkovla ünsiyyətdə olub. Onların diplom tamaşalarında iştirak edib. O vaxtlar Moskvada qalmaq az adama nəsib olurdu. Eldar Quliyevə orada qalıb işləmək təklif olunsa da, razılaşmayıb, Bakıya gəlib. Sonralar da ona bu təklif olunanda getməyib. Onun imtinasına səbəb isə artıq ailə qurması və iki qızının doğulması olub. Eldar Quliyev düşünürdü ki, qızlarını Moskvada tərbiyə etmək onun üçün çətin olar. Həm də bir azərbaycanlı kimi o, Azərbaycanda yaşayıb yaratmağı, özünü Azərbaycana borclu olmasını sanırdı.

1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub. 1979-cu ildə "Babək" filmini çəkir və bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı. Həmin illərdə "Babək" filmi 52 ölkə tərəfindən satın alınıb.

Bunlarla yanaşı "Ən vacib müsahibə", "Var olun, qızlar…", "Ürək… Ürək…", "Nizami", "Nə gözəldir bu dünya…", "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" və s. filmlərə quruluş verib. Həmçinin bir neçə filmin ssenari müəllifi olub. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülüb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü olub.

Ən böyük uğuru “Babək” filmi ilə qazanıb. Film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə xaricdə istehsal olunan bu tipli filmlərdən əsla geri qalmır. Həmin illərdə "Babək" filmi 52 ölkə tərəfindən satın alınıb.

Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülüb.

Eldar Quliyev 1987-ci ildən "Debüt" Eksperimental Gənclik yaradıcılıq studiyasının rəhbəri kimi fəaliyyət göstərib. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olan Eldar Quliyev Gildiya yaradılan gündən qurumun prezidenti olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professoru olub.

 

Rejissoru olduğu filmlər

- Səməd Vurğun

- Biri vardı, biri yoxdu...

- Bir cənub şəhərində

- Abşeron ritmləri

- Ən vacib müsahibə

- Var olun, qızlar...

- Səmt küləyi

- Ürək... Ürək...

- Sevinc buxtası

- Babək

- Yalançını evinəcən qovarlar

- Nizami

- Gümüşgöl əfsanəsi

- Burulğan

- Təxribat

- Dostuma məktub

 

Bədii rəhbəri olduğu filmlər

1. Qızıl uçurum

2. Bəyin oğurlanması

3. Ata

4. Dəvətnamə

5. Bəxtəvər

6. Güzgü (II)

7. "Yapon" və yaponiyalı

8. Lal

9. Təbəssüm

10. Vahimə

11. Əsirin qayıtması

12. Odla qol-boyun

 

İştirak etdiyi filmlər

- Cənub buxtası

- Azərbaycan kinosu-80

- Azərbaycan naminə

- Yaşadım ki, yaşadam

- Yaşadan, yaşayan Yaşar

 

Ssenari müəllifi olduğu filmlər

1. Biri vardı, biri yoxdu...

2. Sevinc buxtası

3. Yalançını evinəcən qovarlar

4. Nizami

5. Gümüşgöl əfsanəsi 

6. Burulğan

 

Çəkildiyi filmlər

- Dantenin yubileyi

- Mənim ağ şəhərim

 

Haqqında çəkilən film

- Hər filmimdə özümü görürəm. Eldar Quliyev

 

Rejissor köməkçisi olduğu film

- Əsl dost

 

İdeya müəllifi olduğu film

- Girov

 

Çəkilişinə köməklik etdiyi film

- Kədərimiz... Vüqarımız...

 

Diplom rəhbəri olduğu film

- Kəsişməyən yollar

 

Atası ilə yaradıcı münasibətlərinə gəlincə, mütləq “Babək” filmi barədə danışmaq lazımdır.

1979-cu ildə Bədii Şura “Babək” filmini rejissor Həsən Seydibəylinin çəkəcəyini təsdiqləmişdi. Bəstəkarı isə Tofiq Quliyev olmalıydı. Həsən Seyidbəyli aktyorlar arasında bölgülərə başladığı vaxt qəfildən naməlum səbəblərlə bağlı Həsən Seyidbəyli sənət həyatında ilk dəfə qadağa ilə üzləşir. “Babək” filminin çəkiliş hüququ ondan alınaraq, məhz Eldar Quliyevə tapşırılır.

Səbəb kimi çəkiliş ərəfəsində Həsən Seyidbəylinin səhhəti ilə bağlı xəstəxana şəraitində müalicə alması göstərilir. Guya müalicə müddəti uzandıqca sağalacağına gümanı azalan Seyidbəyli gözlənilmədən fikrini dəyişib və filmin quruluşçu rejissoru işindən könüllü olaraq imtina edib. Əslində belə deyildi və böyük rejissor haqsızlıqla üzləşmişdi. Həsən Seyidbəyli ilə “Babək” filmində bəstəkar kimi işləməli olan Tofiq Quliyev isə oğlu ilə işləməkdən imtina edir, bildirir ki, dostu Həsən Seyidbəyliyə xəyanət edə bilməz.

Eldar Quliyev bu barədə xatirələrində yazır:

“Bir gün evdə oturmuşdum, atam zəng elədi və dedi ki, Eldar, incimə, mən filmdən imtina edirəm. Səbəbini də belə izah etdi ki, Həsən Seyidbəyli ilə uzun illərin dostuyuq, onu tapdalaya və bu filmdə iştirak edə bilmərəm. Mən insan kimi onu anladım və bəstəkar Polad Bülbüloğluyla işləməli oldum”.

Bax belə mərd kişilər var idi bir zamanlar…

 

Mükafatları

1. "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982

2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 dekabr 1976

3. Azərbaycan SSR Dövlət mükafatı — 1978 ("Sevinc buxtası" bədii filminə görə)

4. "İstiqlal" ordeni — 23 yanvar 2021

5. "Şərəf" ordeni — 14 yanvar 2011

6. "Şöhrət" ordeni — 17 yanvar 2001

7. "Qırmızı əmək bayrağı" ordeni

8. Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 14 yanvar 2016

9. "Qızıl çinar" beynəlxalq mükafatı — 10 may 2018

10. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının "Milli kino" mükafatı — 14 yanvar 2016

 

Eldar Quliyev 18 yanvar 2021-ci ildə infarkt keçirib. Bir müddət müalicə alıb. Xalq artisti 16 aprel 2021-ci ildə müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat edib. Yasamal qəbiristanlığında həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb. 2022-ci ildə kinorejissorun vəfatının ildönümü, 2026-cı ildə isə 85 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Film Fondunda xatirə gecələri keçirilib.

Və sonda bir epizod. Eldar Quliyevin nənəsi dindar olduğundan beş, altı yaşından onu özü ilə yaşadıqları evin yaxınlığında yerləşən Təzə Pir məscidinə aparırmış. Eldar Quliyev sonralar xarirələrində deyir ki, məsciddə şaxsey-vaxsey olanda nənəm məni ora aparırdı. İndiyə qədər yadımdadır ki, beş yaşımda Təzə Pirin həyətində sinə vurmuşam.

Məsciddə gündə beş dəfə azan oxunanda evlərində eşidərdilər. Ona görə də Allaha həmişə inanan adam olub. Nə vaxtsa Məkkəni və Yerusəlimi ziyarət etmək niyyətində olub.

Amma biz biləni, bu ziyarətlər ona qismət olmayıb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.