İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Tamaşaçılaronu "Məhkumlar", "Toygecəsi" və s. seriallardan, bədiifilmlərdənyaxşı tanıyırlar. Üstəlikdə uzunillərdirki, müxtəlifteatrlarda çalışıb...
Əməkdar artist Firəngiz Babayevadan danışıram. Bu gün onun 69 yaşı tamam olur və 70 illik yubileyi yoluna qədəm qoyur...
Firəngiz Manaxim qızı Babayeva 15 aprel 1957-ci ildə Xudatda anadan olub. 1982-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) daxil olub. Təhsil aldığı illə ərzində o, Tədris Teatrının səhnəsində Polina ("Tribunal"A. Makayonok), Elektra ("Elektra", Sofokl), Krucinina ("Günahsız müqəssirlər", A. Ostrovski), Knyaginiya ("İki qardaş", M. Y. Lermontov) kimi obrazlar ifa edib.
1986-cı ildə İncəsənət İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Mingəçevir Dövlət Dram Teatrının aktyor heyətinə qəbul olub. Bu teatrın səhnəsində bir çox rolları ifa edib.
Rolları:
- Sənubər ("Xoşbəxtlər"S. Rəhman)
- Aygül ("Kimin sualı var?", N. Həsənzadə)
- Kiçik gəlin("Gəlinlərin üsyanı", Ş. Başbeyev)
- Nigar ("Solğun çiçəklər", C. Cabbarlı)
- Qadın ("Bağlı qapı arxasında iki nəfər", V. Sergeyev)
- Bəyaz saçlı qız("Qətl günü", Y. Səmədoğlu)
1987-ci ildə ilin aktrisası mükafatına layiq görülüb. Mingəçevir Teatrında çalışdığı dövrdə bütün şəhər tədbirlərinin həm rus həm də Azərbaycanca aparıcı olub. 1990-cı ildə Sumqayıt Dövlət Musiqili Dram Teatrına (indi ki H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı) dəvət alır. 1990–1999-cu illərə kimi teatrda çalışır. Sumqayıt Dövlət Dram Teatrının səhnəsində də rol kasadlığı çəkməyib.
Rolları:
1. Telli-("Məlikməmmədin nağılı", M. Məmmədov)
2. Ana-("Anlaşılmazlıq", A. Kamyu)
3. Çiçək-("Subaylarınızdan görəsiz", S. Ələsgərov)
4. İrma-("Varlı evində", G. Xuqayev)
5. Asya-("Arşın mal alan", Ü. Hacıbəyov)
6. Zeynəb-("Ölülər", C. Məmmədquluzadə)
7. Nərgiz-("Dünya ay Dünya", Ş. Qəribli)
8. Münəvvər-("Mənim ağ göyərçinim", T. Vəliyeva)və s. rollar oynayıb.
1999-cu ildən Bələdiyyə Teatrının aktrisasıdır. Aktrisa işlədiyi illər ərzində o – Oğlundan şikayətçi qadın ("Oğul"A. Babayev), Salatın("Vətənə oğullar gərəkdir", R. İçərişəhərli), Firəngiz ("Daşa dönmüş ürəklər", X. Əlimirzəyev), Xırda ("Bəylik dərsi", M. Süleymanlı), Arxitektorun arvadı ("Domokl qılıncı ", N. Hikmət), Xanpəri ("Müsyö Jordan və Dərviş Məstəli şah", M. F. Axundov), Fəridə Fəridova ("Qaravəlli", Anar) kimi obrazları ifa edib.
Eyni zamanda aktrisa şəhər tədbirlərinin aparıcılarından olub. Dəfələrlə cəbhə bölgələrində çıxışlar edib. 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzası ilə səhnə sənətindəki nailiyyətlərinə görə "Əməkdar artist" fəxri adına layiq görülüb. 2017-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilən "Sənətkar" medalına layiq görülüb.
Filmoqrafiya
- Mənim ağ şəhərim
- Salur Qazanın evi talandığı boy
- Odla qol-boyun
- Girov
- Həsrətli gözlərin rəsmi
- Ərazi
- Absurdistan - çobanın arvadı
- Məhkumlar
- Toy gecəsi
- Sən olmasaydın
- Məhkumlar
- Qız yükü
Firəngiz Babayeva öz həyat hekayəsini bu cür nəql edir:
“Tələbəlik illərində özüm qazandıqlarımdan savayı, evdən də mənə pul göndərirdilər. Lakin üstü açılanda ki mən İncəsənət Universitetində oxuyuram, atam məni evdən qovdu. İllərlə mənimlə danışmadı.
Mən o vaxt universiteti qırmızı diplomla bitirdiyim üçün seçimimdə azad idim. Qanuna əsasən, istədiyim teatrı seçə bilərdim. Mən də Mingəçevir teatrını istədim. Orada mənə birotaqlı mənzil də verdilər. Bir neçə il sözügedən teatrda işlədim. Sonra o şəhər mənə yadlaşmağa başladı. Sıxılırdım, qala bilmirdim. Ona görə də Sumqayıt Dövlət Teatrına gəldim. Fəaliyyətimi bir müddət də orada davam etdirdim. Ən axırda isə Bakıya köçdüm. Bakı Bələdiyyə Teatrında çalışmağa başladım. O gündən bu yana həmin teatrdayam.
Ailə həyatımı da o ərəfələrdə qurdum. Ancaq yoldaşımı çox tez itirdim. Qızım on yaşında olanda o, dünyasını dəyişdi. Nəyin bahasına olursa-olsun, qızımı sağlam böyütməyə çalışdım. Ona atasızlığını hiss etdirmək istəmirdim. Bütün səylərim bunun üçün idi.
Evin bütün yükü çiyinlərimə düşmüşdü... O vaxt seriallar da yox idi. Yalnız teatr məvacibi ilə dolanırdım. Həm də nəzərə alın ki, məvacibimiz də yüksək deyildi. Sağ olsunlar, Amaliya xanım və rəhmətlik Yusif müəllim, mənə teatrda əlavə bir işi - truppa müdirliyini də həvalə etdilər. İki işin məvacibini almağa başladım.
İndi qızım da Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxuyur. Aktrisalığı öz istəyi ilə seçdi. Mən heç vaxt istəməzdim ki, qızım aktrisa olsun. Onu hüquqşünas kimi görmək istəyirdim. Ancaq çox təəssüf ki, onu fikrindən daşındıra bilmədim. Hal-hazırda üçüncü kurs tələbəsidir. Seriallara da çəkilir. "Qisas" serialında baş rolu canlandırıb.
Mənim tay-tuşlarımın çoxu artıq xalq artistləridir. Mənimsə hələ ki, əlimdən gözləməkdən başqa bir şey gəlmir”.
“Ədəbiyyat və incəsənət”
(15.04.2026)


