“İnanıram ki, Kazım Abdullayev öz məktəbini yaratmış sənətkar kimi teatr tarixində qalacaq...” Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

Buillərdə onunişitəkcə teatrlabitməyib. Axırıncı 30 illikyaradıcılığındaKazımAbdullayevonbeşdən çoxkinofilmdə, ondanartıqteleviziyafilmlərində və televiziyatamaşalarında çəkilib. Çəkildiyisonkinofilmlər- “Seçiləndə ZoriBabayan, “ Narbagı”ndaManafkişi, Almaniyanınistehsalı olanAbsurdstanfilmində Çoban, Almaniyanınistehsalı olankinofilmMəhəbbətsərgüzəştlərində Atarolları tamaşaçılarındaha çoxxoşunagəlib...” – Əməkdar artist Kazım Abdullayev barədə Əməkdar İncəsənətXadimiAğalar İdrisoğlubelə deyib.

 

Kazım Abdullayev 6 aprel 1953-cü ildə dünyaya gəlib. 1974-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1976-cı ilin yanvar ayından H. Ərəblinski adına Sumqayıt Dövlət musiqili-dram teatrının truppasına qəbul olunub. 1996-cı ilin yanvar ayına qədər orada çalışıb.

Sumqayıt Dövlət Dram Teatrında oynadığı rollar bunlardır:

(Cəfər Cabbarlı "Oqtay Eloğlu") Oqtay, (Hüseyn Cavid "Afət") Ərtoğrul, (Rüstəm İbrahimbəyov "Park") Marat, (Anar "Təhminə və Zaur") Muxtar, (Nazim Hikmət "Bayramın birinci günü") Şadi, (Nəriman Həsənzadə "Bütün şərq bilsin") Əzizbəyov, (Əkrəm Əylisli "Vəzifə") Nazim, (Rəşad Nuri Güntəkin "Müvəqqəti ər") Şərif, (Ş. Arif "Qınamayın məni") Kəlbi Kəhər.

1996–2004-cü illərdə Bakı Bələdiyyə Teatrında çalışıb. Bu teatrında oynadığı rollar:(Nəriman Nərimanov "Nadir şah") Şah Təhmaz, (Altay Məmmədov "Dəli Domrul") Dəli Dondar, (J. Anuy "Medeya") Yazon, (O. Altunbay "Tomris") Kir, (Cəfər Cabbarlı "Dönüş") Mirzə Camal, (Cəlil Məmmədquluzadə "Ölülər") Şeyx Əhməd, (Nazim Hikmət "Domoklun qılıncı") Aptekçi, (Süleyman Rəşidi "Mənim Ərdəbilim") Nadir, (Ə. Pəhləvan "İnsan və İblis") Şair, (Nigar Rəfibəyli "Natəvan") Şair və s.

 

2005-ci ildən Azərbaycan Dövlət Milli Dram Teatrının artist heyətinə qəbul edilən Kazım Abdullayev aşağıdakı rollar oynayıb: Hacı Bəxşəli (Cəlil Məmmədquluzadə, "Ölülər"), Aleksas (Nazim Hikmət, Uilyam Şekspir, Məmməd Səid Ordubadi, "Misir gecələri"), Şəmistan ağa (İsmayıl Şıxlı, "Ölüləri qəbiristanlıqda basdırın"), Fətulla bəy (Əli Əmirli, "Mesenat"), Nostradamus (Ramiz Novruz, "Hələ sevirəm deməmişdilər"), İkinci Rəşad (Bəxtiyar Vahabzadə, "İkinci səs")

Aktyor bir çox filmlərə də çəkilmişdir: "Arvadım mənim, uşaqlarım mənim" adlı filmdə Şamil, "İsmayıl bəyin mücrüsü"ndə Ata, "Qorxma, mən səninləyəm"də Məmməd, "Atları yəhərləyin"də Qurd Kərim, "Alman klinikasına şəxsi səfər"də Qafarov, "Yük"də aktyor, "Sonuncu döyüş"də Polis mayoru və sairə…

2002-ci ildə K. Abdullayev Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə  Prezident Mükafatına, 2017-ci ildə Cəfər Cabbarlı mükafatına, 10 may 2022-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb

 

Filmoqrafiya

- Absurdistan - çoban

- Ağ dünya

- Alman klinikasına şəxsi səfər -rol: Qafar Qafarov

- Anamın kitabı

- Arxadan vurulan zərbə

- Arvadım mənim, uşaqlarım mənim

- Ayrılıq imiş

- Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film

- Başmaq

 

Ağalar İdrisoğlu yazır: “Kazım həddindən artıq sadə, ürəyi yumuşaq, pak, həttə öz düşməninə belə kin saxlamağı bacarmayan böyük insandır. Dahi şairmiz Əfzələddin Xaqaninin məhz bu sözlərini bütövlükdə Kazım Abdullayevə aid etmək olar.

 

İstəsən güzgü tək saf olsun ürək,

Sinədən on şeyi atasan gərək.

Haram, qiybət, kin, paxıllıq, tamah,

Kibr, riya, həsəd, ədavət, kələk.

 

Yadımdadır ki, Kazım Abdullayev Akif Həsənoğlunun mənim quruluşumda “Yanmış evin nağılı” tamaşasında Həmid obrazında çıxış edən vaxt, daş ürəkli tamaşaçı belə onun istirablarına, sarsıntılarına kövrəlirdi. Bu tamaşa, həmin vaxtı məmləkətimizdə Qarabağ müharibəsinə həsr olunan ilk peşəkar səhnə əsəri idi. Və burada ermənilərin böyük hiyləsinin qurbanı olan Həmidin həyat yoldaşı və qızları, gavurlar tərəfindən evdə yandırılmışdı.

Həmid, axşam erməni kəndlərinə yaxın olan kəndlərini dostları ilə gavurlardan qoruyub, səhər evə qayadanda və bu faciə ilə rastlaşanda, aktyor bu səhnəni elə böyük məharətlə yaradırdı ki, tamaşaçılar elə bil heç nəfəslərini də dərmədən onun oyununa, hər bir hərəkətinə tamaşa edir, monoloqunu dinləyir və həyat yoldaşının, qızlarının surəti ilə danışmasına böyük üzüntülərlə, göz yaşları ilə tamaşa edirdilər.

Bu epizodlarda hətta kişilərin tamaşaçı zalında nesə hönkürtü ilə ağlamasının mən dəfələrlə şahidi olurdum. Sonra Həmid özünü toparlayıb, düşməndən intiqam almaq üçün döyüşə atılanda, hamı onu alqışlayırdı.

O vaxt bu tamaşa respublika teatrları arasında Sumqayıt Dövlət Musiqili-Dram Teatrları aktyorları tərəfindən oynanılan Qarabağ müharibəsi ilə bağlı Azərbaycan teatr tarixində ilk peşəkar səhnə əsəri olduğundan və yüksək peşəkarlıqla hazırlandığına görə Mədəniyyət Nazirliyinin pul mükafatına və Osman Mirzəyev adına respublika mükafatına layiq görülmüşdü.

Əlbəttə, baş rolun ifaçısı Kazım Abdullayevin bu tamaşada zəhməti daha çox böyük idi. Beləliklə, roldan- rola başqalaşma Kazımın oynadığı hər tamaşada çox aydın görünürdü.  O, Hüseyn Cavidin “ Afət” tamaşasında Ərtoğrulun faciəsini, Rəşad Nuri Güntəkinin “Müvəqqəti ər” tamaşasında Şadinin maymaqlığını, Mövlud Süleymanlının “Dəyirman” tamaşasında Qızıl oğlanın kef- damaqda olmasını, Cəfər Cabbarlının “Almaz” tamaşasında Fuadın meşşanlığını, Abdulla Şaiqin “Bir saatlıq xəlifə” tamaşasında Harun Ər-Rəşidin özündən razılığını böyük ustalıqla tamaşaçılara göstərə bilirdi

O, bu rolların hər birini obraz səviyyəsinə qaldırmaqla tamaşaçı məhəbbəti qazanırdı. Ona görə də teatr mütəxəssisləri Kazım Abdullayevin oynadığı hər bir rolu yüksək qiymətləndirir və akytorun peşəkarlığından, sənətkar ustalığından razı qalırdılar. Bu haqda respublika mətbuatında da maraqlı ressenziyalar yazılırdı.

Bu da teatrın rəhbəri kimi məni Kazım Abdullayevin daha çox inkişaf etməsinə görə və yaxşı rollar oynaması üçün dərindən düşünməyə vadər edirdi. Çünki teatr məhz belə aktyorların çiynində dayanırdı. Tarix boyu o teatr qazanıb ki, teatr rəhbəri aktyorların inkişafını fikirləşib. Repertuarı çox vaxt belə aktyorlara və zamanın tələbinə uyğun qurub.

Bəli. Mən fəxrlə deyə bilərəm ki, dostum Kazım Abdullayev bu gün Azərbaycan teatr və kino sənətində artıq fitri istedadı və böyük zəhməti nəticəsində ustad sənətkar olub. O, artıq elə bir sənətkardır ki, onun özünün öz yolu, öz dəsti-xətti var. O, öz yradıcılığı ilə heç bir aktyoru təkrar etmədən öz məktəbini yaratmağa çalışır. İnanıram ki, bir vaxt gələcək, Kazım Abdullayev öz məktəbini yaratmış sənətkar kimi Azərbaycan teatr tarixində qalacaq”.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.