Heydər Əliyev obrazını səhnədə ilk dəfə o canlandırıb Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Onun "Fəryad" filmindəkiZabit, "QaçaqSüleyman"dakı Xanalı, Rusiyateleviziyasınınsifarişiilə çəkilmiş "Sui-qəsd" filmindəkiXasan, "Sonmonoloq""Atilininbirinciayı"  televiziyafilmlərində oynadığı Müstəntiqvə Rəşadkimiobrazlaronutamaşaçı sevimlisinə çevirib.

Onu – Namis Şirməmmədovu.

Bu gün 64-cü doğum günüdür. Amma onsuz keçəcək bu gün...

 

Namis Şirməmmədov 3 aprel 1962-ci ildə anadan olub. 1979–1983-cü illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin "dram və kino aktyorluğu" fakültəsində təhsil alib. 1983–1989-cu illər ərzində Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Böyük sənətkar Həsənağa Turabovun dəvət ilə 1997-ci ilədək Akademik Milli Dram Teatırında fəaliyyət göstərib.

1997-ci ildə yenidən Sumqayıt Dövlət Dram Teatrına gələrək 2008-ci ilə qədər aktyor vəzifəsində işləyib. Namis Şirməmmədov psixoloji-dramatik aktyordur. Daha çox dramatik xarakterli rollar oynayıb. 2008-ci ildən isə teatrın quruluşçu rejissorudur. 2008-ci ildə Prezidentin sərəncamı ilə Respublikanın "Əməkdar artist"i fəxri adına və 2013-cü ildə " Tərəqqi" medalına layiq görülüb.

 Respublikada ilk dəfə olaraq Namis Şirməmmədov A. Babayevin "Xilaskar" əsərində Ulu öndər Heydər Əliyev obrazını canlandırıb. Bundan başqa Namis Şirməmmədov Sumqayıt teatrında bir çox rolların ifaçısıdır. iki kitabın – "Yuxumla üz-üzə" və "Üz-üzə, göz-gözə, söz-sözə" müəllifidir. N. Şirməmmədov teatrdakı işi ilə yanaşı televiziya və bədii filmlərdə də çəkilib.

 

Akademik Milli Dram Teatrında oynadığı rollar

- Polis, Kərəm-"Tənha iydə ağacı","Ağıllılar və dəlilər" (İ. Əfəndiyev)

- Qurban-"Anamın kitabı"(C. Məmmədquluzadə)

- Xızır- "Qədr gecəsi" (Eldar Baxış)

 

Sumqayt Dövlət Dram Teatrında oynadığı rollar

- Əliqulu-"Bayramın birinci günü"(S. S. Axundov)

- Şadi bəy- "Bayramın birinci günü"(N. Himət)

- Şərif- "Qarağaclar altında məhəbbət"(Y. Onil)

- Bayram- "Xırs quldurbasan"(M. F. Axundzadə)

- Heydər Əliyev- "Xilaskar"(A. Babayev)

- Əlvan- "Varlı qadın"(Ə. Əmirli)

 

Filmoqrafiya

1. At ilinin birinci ayı

2. Fəryad

3. Qaçaq Süleyman — Xanalı

4. Seçilən

5. Cavad xan

6. Dolu

7. Tək olanda qorxma...

8. Həyat, sən nə qəribəsən

9. Fədakar

10. Sui-Qəsd-Xasan (Rusiya)

 

Mükafatları

- Azərbaycan "Əməkdar Artist" fəxri adı

- Azərbaycan "Tərəqqi" medalı

- Azərbaycan Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu

- 3 dəfə Prezident Mükafatına layiq görülüb.

 

O, uzun sürən xəstəlikdən sonra 2024-cü il aprelin 12-də 62 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.