Rasim Balayevi əlindən tutub bu sənətə gətirən Səməndər Rzayev olub Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

O, dünyayagələndə ölkədə BöyükVətənMüharibəsigedirdi. 1945-ciilinyanvarı, böyükqələbəyə beş ayvardı. Çoxuşaqlı ailəninsonbeşiyiolanbuuşaqmüharibəninqan-qadasındanuzaqAğsurayonundadoğulsadamüharibə onundataleyinə təsirsiz ötüşmədi.

Çox çətinliklə, qıtlıq, kasıbçılıqlaböyüdü. Anası onu, adınınqısaldılmış formasındaSəmənideyib çağırırdı. Kasıbçılığı uşaqhissiyatı ilə duyanSəməniistedadınauyğunişlərtapıbpulqazanandahələ çoxbalacaidi

 

Tay-tuşları ilə kənd klubun yanında oynayanda açıq qapıdan divarlara vurulmuş plakatlar onun marağını çəkir. Klubun müdirəsinin diqqətini isə plakatlara gözlərini zilləyib baxan bu toppuş uşaq cəlb edir. Uşaq deyir, mən bunlardan yaxşı çəkərəm, yazaram, rəngləri daha yaxşı yaraşdıraram bir-birinə. O da “Çək gətir, baxaq, xoşuma gəlsə, bunların yerinə sən çəkəni asaram”, söyləyir.

İki gün sonra iri bir plakatı qucağında güclə tutan uşağı, öz qapısı ağzında görən qadın təəccübünü gizlədə bilmədi. “Bu uşağın məsuliyyətinə bax”,-deyə düşünüb, onun çəkdiyi plakatı klubun ən görkəmli yerinə asdı, üstəlik Səməniyə zəhmət haqqı da verdi. Bu minvalla Səməndər anasına tez-tez belə oğul qazancı gətirdi.

Bir gün qazandığı pulu anasına verib dostları ilə rahatlıqla oynamağa getdi. Hava yağışdan sonra çox gözəl idi, amma yer palçıqdan sürüşkən olmuşdu. Oynadığı yerdə üstündə oynadıqları körpüdən sürüşüb üzüaşağı yuvarlanan Səməndər dizindən ağır zədə alır. Diz qapağı sınan uşaq düz dörd il xəstəxana, sonra isə ev şəraitində müalicə olunub.

Həmin dörd il onun üçün gələcək həyatının bünövrəsini qoyub. Hər gün radio tamaşaları, verilişləri dinləməkdən başqa əlacı olmayan uşaq, tezliklə bu sənətin sehrinə düşür. Xüsusən “Arxib baba və Lyonka” radio-tamaşasındakı Arxib baba rolunda Ələsgər Ələkbərovun səsi Səməndəri aktyor olmaq üçün qərar verməyə tələsdirir...

 

 

Xalq artisti Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda anadan olub. O, Ağsu rayonundakı dram dərnəyində fəaliyyət göstərib. 1964-1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Onun sənət müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov olublar.

1968-ci ildə, institutun son kursunda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına baş rejissor Tofiq Kazımovun dəvəti ilə qəbul edilib. Onun ilk rolu Uilyam Şekspirin "Hamlet" faciəsinin tamaşasında Horatsio olub. Aktyor Rəşid Səməndər və teatrşünas Rübabə Rzayevaın atasıdır.

 

Filmoqrafiya

1. 777 №-li iş

2. Ad günü

3. Alma almaya bənzər

4. İstintaq

5. Köhnə bərə

6. Arxadan vurulan zərbə

7. Qanlı zəmi

8. Qara gölün cəngavərləri

9. Aşıq Ələsgər

10. Babək

11. Bağ mövsümü

12. Bakıda küləklər əsir

13. Qızıl qaz

14. Qatır Məmməd

15. Layiqli namizəd

16. Nizami

17. Nəsimi

18. Bizim küçənin oğlanları

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- Azərbaycan SSR dövlət mükafatı

 

Ramilə Qurbanlı onun haqqında yazır:

“Oxuduğu məktəbdə “aktyor” ləqəbi qazanan Səməndər Rzayev orta məktəbi bitirib İncəsənət İnstitutunun aktyorluq fakültəsinə qəbul olunur. Bəxti gətirir, çünki Rza Təhmasibin kursuna düşür. Daha doğrusu, imtahanı özü götürən Rza Təhmasib kursuna yığdığı uşaqlar arasında Səməndərin adını qırmızı haşiyəyə alır.

Azərbaycan mədəniyyətinə isə bu ad qırmızı haşiyədə yox, qırmızı hərflərlə yazılır – Səməndər Rzayev.

İlk vaxtlar Rza Təhmasib onu filmə çəkilməyə, teatrda işləməyə icazə vermirdi, hələ püxtələş deyirdi, “tez məşhurlaşıb məhv olarsan”-deyirdi. Ona görə də Səməndər Rzayev yalnız institutu bitirəndən sonra təyinatla Sumqayıt teatrında işləmək hüququ qazandı. Kinoda isə ilk dəfə “Uşaqlığın son gecəsi”ndə ani bir kadra çəkilmişdi, 1968-ci ildə. Ardınca “Tütək səsi” filmində, yenə epizodik rol.

Yalnız 1973-cü ildə artıq teatrdan, televiziyadan tamaşaçıların sevdiyi Səməndər Rzayev ilk dəfə “Nəsimi” filmində böyük rol oynadı - Şirvan şahı rolunu. Həmin filmdəki Nəsimi roluna görə “Ən yaxşı kişi aktyor” olan Rasim Balayevin uğuruna isə ən çox sevinən elə Səməndər Rzayev idi. Çünki Rasim Balayevi əlindən tutub bu sənətə gətirən, ona kömək edən Səməndər Rzayev olub”.

Ümumiyyətlə, bu aktyor həyatda heç vaxt özü üçün yaşamayıb, sənəti, bir də dostları onun həyat eşqi idi. "Babamızın babasının babası" (film, 1981), "Bağ mövsümü" (film, 1985), "Bəyin oğurlanması" (film, 1986) sonrakı illərin filmləri idi. Hər birində fərqli, maraqlı obrazı var. Televiziya tamaşaları deyəndə dərhal gözlərimizin qarşısında Şakir Şəkərov canlanır.

 Səməndər Rzayev kinoda çəkilməyindən danışanda “Ayə, niyə oynamırsınız?” məşhur ifadəsi yadımıza düşür.  Onun teatr səhnəsində oynadığı Xudayar bəy obrazının hələ də təkrarı, yaxud ondan yuxarı pilləsi yoxdur. “Nə deyir ə, bu” – əsərdə bu cümlə yoxdur, onu məhz Səməndər Rzayev yaradıb və qalan bütün Xudayar bəy ifaçıları bu ifadəni ondan öyrəniblər.

Aktyor 27 mart 1986-cı ildə Bakı şəhərində vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.