Peterburq küçələrinin dilənçisi, Opera və Balet Teatrının ulduzu Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Mənə İlk dəfə Eskamilyo rolu tapşırılmışdı. Fatma xanımın, Karmenin sevgilisini oynayacaqdım. Tamaşanın başlanmasına iki saatdan çox vaxt qalmışdı. Teatra gəldim. Fatma xanımın otağının qarşısından keçəndə onun geyindiyini, tamaşaya hazırlaşdığını gördüm. Bu, onun sənətə necə bağlı olmasını, tamaşa qabağı nə qədər məsuliyyət daşımağını mənə əyani olaraq sübut etdirdi. Həddən artıq tələbkar idi”. (Ağbaba Bünyadzadə)

 

Fatma Muxtarova 26 mart 1893-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Kiçik yaşlarından ailəsi ilə birlikdə Rusiyaya köçüb. Atası Abbas Rzayev o, 3 yaşında olarkən vəfat etdiyindən anası Sara xanım ikinci dəfə Səttar Muxtarov adlı bir nəfərlə ailə həyatı qurub. 1910-cu ildə yeni ailə Saratovda məskunlaşıb.

Anasınınikincidəfə ailə qurması Fatmanınhəyatını altstedir. Bununla da onun həyatının acınacaqlı günləri başlayır. Alverçi olan atalığı yüngül yolla qazancı və “şən həyatı” xoşlayırdı. Ailə zirzəmilərdə, daxmalarda yaşasa da o, ailəsinə heç nə vermir, tez-tez anasını və Fatma xanımı döyürdü. Yeddi yaşı olanda ailə Peterburqa köçür.

Valideynləri qərara gəlirlər ki, onu dilənməyə göndərsinlər. Qızcığaz nə qədər ağlasa da, yalvarsa da xeyri olmur. Şaxtalı qış günündə onu küçəyə itələyib pulsuz geri qayıtmamağı tapşırırlar. Fatma xanım həmin günləri müsahibələrində belə xatırlayıb:

 “Qərib, soyuq şəhərdə uzun-uzadı veyilləndim. Lakin əlim “uzanmadı”. İçimdəki utancaqlıq duyğusuna üstün gələcək qüvvə tapa bilmirdim. Soyuğun və küləyin əlindən dörd tərəfdən hündür daş binalarla çevrələnmiş həyətlərdən birinə girdim. Divara söykənib qalmışdım.

 Atamı, onun özü ilə apardığı yaxşı günlərimizi, uşaqlığımızı xatırladım. Ardınca da oxumağa başladım. Pəncərələr açıldı. Adamlar mənə cır-cındır geyimli qıza maraqla baxır, gümüş və ağ pullar atırdılar. İlk "konsertimdən" sonra səsim bərk xırıldadı, ancaq evə şən və qürurla qayıtdım”.

Küçədə oxuyaraq qazanıb evə gətirdiyi pulla valideynləri ona şarmanka alır, beləliklə də küçə müğənniləri ilə nəğmə dərsləri başlanır. Artıq 12 yaşında Fatma Muxtarova şarmanka ilə küçələrdə mahnılar oxuyur pul qazanırdı.

Qızcığazın üzərinə düşən məsuliyyət ağır idi. Səhərdən axşama qədər nəfəsini dərmədən oxuyurdu. Atalığı da bir yandan göz verib, işıq vermirdi. Fatma evə az pul gətirəndə atalığı onu döyürmüş. Uzun müddət Fatmanın anası onun əsl adını hamıdan gizlədir. Saratovda onu "Katya Muxtarova" və ya "Şarmankaçı Katya" kimi tanıyırdılar.

O, pul yığmağa başlayıb və 1 il ərzində dövr üçün heç də az olmayan məbləğ — 1000 rubl toplaya bilib. Saratovun "Spravoçnı listok" qəzeti yazıb ki, Fatma həmin pullarla dəmir yolunda çalışan L. Kamenskinin ailəsinin yanına yollanıb. Onun xanımı opera ifaçısı olub. Burada Fatmaya musiqi öyrədiləcəyi sözü verilsə də, hər şey fərqli olub.

O, çirkli qab-qacağı yuyub, mənzili sahmana salıb, mətbəxdə aşpazla birlikdə yeyib, "ictimaiyyətdən" olan qonaqlar gələn zaman isə ona dərhal fərqli geyimlər geyindirib, "cənablar" və "xanımlar"la bir masaya əyləşdiriblər. Bu durumundan çox məyus olan Fatma yaşananları onun taleyilə çox maraqlanan jurnalistə, "Saratovski listok"un baş redaktoru Nikolay Arxangelskiyə danışıb. Ziyalı, teatr və opera həvəskarı olan Arxangelski ona bu gündən heç bir "təlim"in olmayacağına söz verib.

Baş redaktor musiqi məktəbində onun üçün xeyriyyə konserti təşkil edib. Konsertə kifayət qədər dinləyici toplaşıb və buna görə də, toplanan pullar Fatmanın Saratov konservatoriyasında təhsil almasına kifayət edib. 1913-cü ildə Fatma Muxtarova ilk dəfə Bakıya gəlib. Bakı ona müstəsna müvəffəqiyyət gətirib və burada ona xüsusi diqqət yetiriblər. Belə gəlişlərdən biri haqqında 21 iyun 1913 il tarixli "Kaspi" qəzeti xəbər verib:

"Dünən Həştərxandan Bakıya yolüstü Zakaspiysk və Türküstan diyarında, Pavoljyedə məşhur olan xalq müğənnisi Muxtarova, xalq müğənnisi Anikina, xalq müğənnisi Kamil Mutıqi Tuxvatullin gəlmişlər. Müğənnilər yalnız cəmi bir konsert verməyi təxmin edirlər. Povoljye qəzetləinin yazdıqlarına görə onlar hər yerdə çox böyük müvəffəqiyyətə nail olurdular. Konsert rus və tatar dillərində veriləcək"

Konservatoriyadaoxuduğuillərdə belə ailəsiMuxtarovanı rahatburaxmayıb. Onuməcburediblərki, tətillərdə qastrollaragedib, pulqazansın. Buqastrollarzamanı o, birdəfə Bakıdadaolub. 1914-cuildə kanservatoriyanı bitirənFatmaMuxtarovaailə həyatı quraraqvalideyinlərinitərkedib.

O, həyatyoldaşı ilə birlikdə Moskvayaköçüb. Onu çoxsevənhəyatyoldaşı AleksandrMalininFatmanı Səttarkişinincaynağındanxilasetmək üçünatalığınınbütüntələbləriniyerinə yetirib-adını dəyişdirib, müsəlmanlığı qəbuledib.

FatmaMuxtarova 1932-ciildə operaulduzuolduğu, LeninqraddaS. M. KirovadınaOperavə BaletTeatrındaişlədiyivaxtlardaatalığı ilə sonuncudəfə təsadüfənküçədə qarşılaşıb. Atalığı çəkmə silirmiş.

 Fatmaxanımuzunmüddətonadayanaraqbaxıb. Birdəno, başını qaldırıbvə Fatmaxanımı tanıyıb. Fatmaxanımomənzərənibelə təsviredib: “Sankioandagözününişığı söndü, tezbaşını aşağı saldı”.

F. Muxtarovanınailə həyatı qurandansonraişləriyaxşı gedir. S.İ. Ziminonunoxumağını bəyənib özteatrınadəvətedir. 1919-cuildə qızı Leyladünyayagəlir. Ailədə xoşbəxtolanmüğənnisəhnədə şöhrətinastanasındaidi. DahasonraonunSaratova, Rostova, Xarkovaqastrolsəfərləribaşlayır. Dövrünqəzetləriisə onunhaqqındayazırdılar: "Busəsinsanı xəncərkimiyaralayadabilər”...

2 ilKonservatoriyatəhsilialdıqdansonraoSaratovdan, Moskvayayoladüşübvə buradaməşhurmusiqiçiFyodr Şalyapinlə tanış olub. Saratov Konservatoriyasını bitirdikdən sonra o, Moskva, Saratov, Sankt-Peterburq, Kiyev, Xarkov, Odessa və s. şəhərlərin opera teatrlarında oxuyub, 1938–1953-cü illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub.

F. Muxtarova Əvəllərdə Bakıdaqastrolsəfərlərində olub. AncaqonunBakıyadönüşü 1928-ciilə təsadüfedib. O, 25 il Azərbayacan opera səhnəsində bir-birindən gözəl rollar oynayıb. Fatma Muxtarova ilə 15 il birgə çalışan Ağbaba Bünyadzadə onu belə xatırlayır:

“Mənə İlk dəfə Eskamilyo rolu tapşırılmışdı. Fatma xanımın, Karmenin sevgilisini oynayacaqdım. Tamaşanın başlanmasına iki saatdan çox vaxt qalmışdı. Teatra gəldim. Fatma xanımın otağının qarşısından keçəndə onun geyindiyini, tamaşaya hazırlaşdığını gördüm. Bu, onun sənətə necə bağlı olmasını, tamaşa qabağı nə qədər məsuliyyət daşımağını mənə əyani olaraq sübut etdirdi. Həddən artıq tələbkar idi”.

Daha sonra F. İ. Şalyapinin vasitəsilə S. İ. Ziminin opera teatrına dəvət olunaraq 1917-ci ilədək burada oxuyub. 1920-ci ildən Kazan, Leninqrad, Kiyev, Xarkov, Odessa, Tbilisi və s. şəhərlərin opera teatrlarında da çıxışlar edib. Fatma Muxtarova 1938–1953-cü illərdə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Konsert proqramları ilə də çıxış edib.

Tembrinə görə qüvvətli metso-soprano səsin sahibi, Muxtarova bu cür səs üçün yazılan çətin partiyaların öhdəsindən çox gözəl gəlib. Bunlardan "Qaratoxmaq qadın" operasından Polinanın partiyası, "Mazepa" operasından Lyubovun partiyası, "Çereviçki" operasından Saloxanın partiyası, "Qar qızı" operasından Baharın partiyası, "Çar gəlini" operasından Lyubaşanın partiyası, "Xovanşina" operasından Marfanın partiyası, "Faust" operasından Zibelin partiyası və bir çox baş qaları qeyd oluna bilər.

Yaradıcılığının zirvəsi Karmen ("Karmen", J. Bize) partiyasıdır. Onun opera səhnəsində ilk çıxışı isə baş rolda Şalyapinin çıxış etdiyi V. Serovun "Yudif" operasında ona Oloferni partiyası olub. 1949-cu ildə Fatma Muxtarova iki operada iki böyük partiya ilə çıxış edib. Bunlardan birincisi Jorj Bizenin "Karmen" operasında (rej. İ. Hidayətzadə, dirijor Ə. Həsənov) Karmen və ikincisi isə martın 22-də göstərilən Cüzeppe Verdinin "Trubadur" operasında (rej. P. Tveretski, drijor V. Traximoviç) Azuçena partiyaları idi.

 

Mükafatları

 

- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı

- "Gürcüstan SSR əməkdar artisti" fəxri adı

- "Qırmızı əmək bayrağı" ordeni

- "Şərəf nişanı" ordeni

 

Fatma Muxtarova səhnə ilə Tiflisdə 1953-cü ildəki axırıncı qastrol səfəri zamanı vidalaşıb. Çünki Bakıda onu təqaüdə göndərmişdilər. Birdən-birə ona təklif etmişdilər ki, təqaüdə getsin, dincəlsin. Fatma xanım isə bunu “sən artıq qocalmısan, sən gərəksizsən, teatra yüksən" fikri kimi qəbul etmişdi. Buna görə də incik qəlblə, heç kimə bir kəlmə belə demədən teatrdan ayrılıb.

1953-cü ildə Fatma Muxtarovanın sevimli operası “Qara toxmaq qadın”ı yeni quruluşda hazırlayırdılar. Və Polina rolunun ifaçısı, gənc müğənni Maxova Fatma xanımı roluna baxmaq üçün məşqə dəvət etmişdi. Muxtarova həmişə yaxşı yoldaş olmuşdu və həmişəki kimi yenə qürurla hərəkət etdi. (teatrın isə nə rəsmi, nə də şifahi dəvəti var idi.) Məşqə getdi. Fatma xanım xidmət keçidinə daxil olanda (O, bu keçiddən otuz il keçmişdi) onu administrator saxlayır.

“Mən, Muxtarovayam”- deyib keçmək istəyir. Adminsitrator taxtaya vurulmuş elanı göstərir: "Kənar şəxslərin girişi qadağandır".

“Buradan ancaq mənim tabutum keçəcək”-deyərək aktrisa həmişəlik teatrdan çıxıb gedir və yatağa düşür. Sözünün də üstündə durur. Düz 19 il sonra onun cənazəsi teatrın binasından içəri girir.

 

Maestro nəql edirmiş ki, Fatma xanım səhnədən gedəndən sonra səhnə paltarlarını sobada yandırıb... 1963-cü ildə Gürcü operası Bakıya qonaq gəlib. “Daisi” operası səhnədə oynanılacaqmış. Teatrın rəhbərliyi parterin ilk cərgələrini hörmətli qonaqlar üçün saxlayıbmış. Yerlərdən ikisi gürcü qonaqların arzusu ilə Fatma Muxtarovanın idi. Gürcü operaçıları isə Fatma Muxtarova ilə görüşməyi həsrətlə arzulayırmışlar. Ancaq o, gəlməyib.

Ertəsi gün Gürcüstan teatr muzeyinin mudiri Nunu Mesxi və məşhur gürcü opera müğənnisi Batu Kraveyşvili Fatma xanımın evinə gediblər. Qonaqları görən Fatma xanım əvvəlcə onları tanımayıb, kim olduqlarını öyrənəndən sonra isə: “əgər mənə əvvəlcədən xəbər versəydiniz, sizi qəbul etməzdim. İstəyirəm ki, tiflislilər məni həmişə gənc, gözəl xatırlasınlar. İndi gördüyünüz kimi yox”, - deyib.

Gürcü rejissoru İ. Klavişvili “Çətin yollarla ” kitabında bir fəsli Fatma xanıma həsr edib. Həmin fəsildən bir məqam: “Fatma Muxtarovanın öz yaradıcılıq prinsipləri var idi. O, bu prinsipləri cəsarətlə, yeri düşəndə lap saymazyana bir tərzdə müdafiə edərdi. Özü də belə hallarda qaba ifadələri işlətməkdən çəkinmirdi. Yavaş-yavaş biz onun qəşəng “sözcüklərinə” öyrəşmişdik. Və heç kəs də incimirdi.

“Karmen”in məşqində dirijor A. V Pavlov Arbenin onu saxlayıb dedi: "Madam Muxtarova, siz bu yerdə ritmdən çıxırsınız”. Muxtarova ona sarı çevrildi və bərkdən elə səhnədə dedi: “Maestro, gedin ..”

Dirijor özünü itirdi: “Siz mənə deyirsiniz bunu?”.

"Bəli, sizə" - Fatma xanım halını dəyişmədən cavab verib. Maestro drijor çubuğunu pulta vuraraq deyib: "Eksentrik qadındır. Nə isə, davam edək”.

Fatma xanım teatrdan ayrılandan sonra ömrünün 19 ilini sakit, səssiz sənəti ilə bağlı sənədləri, fotoları toplamaqla yaşayıb. Ömrünü, keçmişini həmişə nəvəsi Svetlanaya nağıl kimi danışarmış...

Fatma Muxtarova 1972-ci ildə Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.