Kamançanın mahir ifaçısı Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Milli musiqimizdən, muğamdan damışanda əsasən 3 alət başda gəlir – tar, kaman və qaval. Zaman-zaman kamanın Habil Əıliyev, Şəfiqə Eyvazva kimi dahiyanə ifaçıları olub. Bu sırada Toğrul Əsədullayev də yer tutmaqdadır.

 

Toğrul Əsədullayev 11 mart 1982-ci ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olub. O, 1991–1996-cı ildə Tofiq Quliyev adına 12 saylı UMM-ni, 1996–2000-ci ildə Asəf Zeynallı adına musiqi kollecini, 2000–2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsinin bakalavr pilləsini, 2004–2006-cı ildə magistratura pilləsini "Fərqlənmə diplomu" ilə bitirib, 2006–2009-cu ildə aspirantura pilləsində təhsil alıb.

1994-cü ildə "Qönçə 94", 1995-ci ildə tarzən Hacı Məmmədovun xatirəsinə həsr olunmuş məktəblərarası "II Bakı müsabiqəsi"nin, 1996-cı ildə "Qönçə 96" festivalının, 1998-ci ildə "VII Respublika müsabiqəsi"nin, Muğam Assosiasiyasının təşkil etdiyi "Muğam-98", "Muğam-99" və "Muğam-2000" festivalının qalibi olub.

1997–2000-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinin Əhməd Bakıxanov adına XÇA (Xalq Çalğı Alətləri) ansamblında, 2000–2004-cü ildə həmin şirkətin Baba Salahov adına "Araz" XÇA ansamblında fəaliyyət göstərib. 2004-cü ildə ADMİU-də, Sumqayıt Musiqi Texnikumunda və Bülbül adına Musiqi məktəbində solo konsertlərlə çıxış edib

2005-ci ildə Alman-Azərbaycan Mədəniyyət Birliyi Kopellhaus sarayında "İki ziddiyyət" adlı solo konsert verib. 1998–2008-ci illərdə Tofiq Quliyev adına 12 saylı UMM-də, 2008-ci ildən bu günə kimi Azərbaycan Milli Konservatoriyasının "İnstrumental Muğam" kafedrasında kamança müəllimi vəzifəsində çalışır.

O, 2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində "Xalqlararası Şərq Təranələri" festivalında I yerə, 2008-ci ildə Kanadada keçirilən "Niaqara kamera musiqisi" festivalında muğam üçlüyü tərkibində Qran-Pri mükafatına layiq görülüb. Heydər Əliyev fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında keçirilən "Muğam 2007", "Muğam 2011", "Muğam 2013", "Muğam 2015" Televiziya müsabiqəsində kamança ifaçısı kimi iştirak edib.

 2009, 2011, 2013 və 2015-ci illərdə Qəbələ Musiqi Festivalının iştirakçısı olub. Toğrul Əsədullayevin ifa etdiyi "Nəva", "Bayatı-Şiraz", "Çahargah", "Şur", "Hümayun", "Rahab" kimi müğamlar Azərbaycan Dövlət Telaradio Şirkətinin Qızıl Fondunda saxlanılır. 2012-ci ildə Azərbaycanda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsinin finalında çıxış edən məşhur müğənni Emin Ağalarovu müşayiət edib.

2015-ci ildə "kamança ifaçıları və onların muğam sənətinin inkişafında rolu və əhəmiyyəti" adlı mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasını müdafiə edib. 2015-ci il sentyabrın 14-də Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.

1997-ci ildən etibarən ABŞ, Meksika, Kanada, Çin, BƏƏ, İngiltərə, Almaniya, Norveç, İtaliya, Avstriya, İspaniya, Fransa, İsveç, İsveçrə, Yunanistan, Litva, Latviya, Rumıniya, Slovakiya, Polşa, Türkiyə, İran, Ukrayna, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan həmçinin Rusiyanın bir sıra şəhərlərində dəfələrlə Azərbaycanın milli musiqisini təmsil etməkdədir. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülüb

 

Filmoqrafiya

- Qala

- Muğam

- Kaman

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.